Nə axtarırsan?
Ev dekorasiya trendləri – 2020-ci il
Yeni il yenilik deməkdir. Kimisi bu ildən idmana başlamağı, kimisi yeni nələrsə öyrənməyi hədəfləyib. Kimisi də evini yenidən dizayn etməyi, yeni mebellər almağı planlaşdırır. Bu blog yazımız məhs sizin üçündür. 2020-ci ildə evinizi yenidən dizayn etmək istəyirsiniz və bunun üçün artıq gec olduğunu düşünürsünüzsə, o zaman bu bloq yazısını mütləq oxuyun.
Bu ilin trendi: çox əşyalı otaqlar
İllərdir mebellərdə minimalizm dövrü olsa da, artıq maksimalist dizayn öz sözünü deməyə gəlir. 2020-ci il maksimalizm ili olacaq. Minimalizm kiçik ölçülü evlər üçün ideal trend olsa da, artıq bu ildən etibarən minimalizmlə vidalaşmaq lazımdır.
Söhbət edə biləcəyiniz köşə
2020-ci ildə qonaq otağını necə dizayn etmək lazımdır deyə sual versəniz, cavabımız mütləq belə olacaq: qonaq otağı üçün rahat, komfortlu mebellər seçin! Qonaq otağınız üçün elə mebellər seçin ki, dostlarınızla görüşmək üçün hansısa məkana deyil, məhz elə evinizdə toplaşın.
Eviniz təbiətlə iç-içə olsun
Təbiətdən alınmış parçalarla evinizi canlandırın. 2019-cu ildə olduğu kimi bu il də bitkilər evdə ən təbii aksesuar hesab edilir. Keçən illərdən fərqli olaraq bu ilin trendi bitkilərin hamısını onlara aid bir köşədə yığılmasından yanadır. Evinizdə bitkiləriniz üçün xüsusi yer düzəldin. Həmçinin qeyd etmək istərdik ki, bu il iri yarpaqlı bitkilər daha dəbdədir.
2020-Cİ İLDƏ EVİNİZİN DİVAR RƏNGLƏRİNİ DƏ YENİLƏYİN
Divarlarda etdiyiniz kiçik dəyişiklik belə evinizin atmosferini anında dəyişə bilər. Maksimalizm divarların dizaynında da öz sözünü deyəcək. Naxışlı, bəzəkli divar dizaynları bu il dəbdədir. Əgər divarda hər hansısa çərçivə olacaqsa, o zaman həmin divarı sadə şəkildə boyamaq və ya sadə naxışları olan divar kağızı seçmək lazımdır ki, qarışıq bir görüntü yaranmasın.
Divarı hər hansısa həndəsi fiqurlardan istifadə edərək boyamaq evinizi rəngləndirməyin yollarından biridir. 2020-ci ilin əsas trendi də məhz həndəsi fiqurlarla boyanmış divarlardır.
Həmçinin 3D divar kağızları ilə də evinizə fərqlilik qata bilərsiniz.
MODA VƏ RAHATLIĞIN HARMONİYASI: MEBEL TRENDLƏRİ
2019-cu ildə olduğu kimi bu ildə qonaq otağında minimal xəttlərlə dizayn edilmiş mebellər əvəzinə tam əksinə iri həcmli mebellər dəbdə olacaq. Qonaq otağınız üçün böyük, rahat mebelləri rahatlıqla seçə bilərsiniz!
2020-Cİ İLDƏ MƏTBƏX MEBELLƏRİ
Evdə ən çox zaman keçirilən yerlərdən biri mətbəxdir və bura nə qədər dəbli, nə qədər funksional dizayn edilsə bir o qədər rahatlıq əldə etmiş olarsınız.
2020-ci ildə qara tonlarda mebellərlə dizayn edilmiş mətbəxlər daha dəbdə olacaq. Qara rəngli mətbəx mebeli ərazini balaca göstərər deyə düşünürsünüzsə, o zaman əlavə ikinci bir rəngdən də istifadə edə bilərsiniz. Ammam əsas etibarilə bu il mebellərdə qara rəng trenddir.
Həmçinin bu il açıq dolablar trenddir. Qapısı olmayan, açıq dolabların sizin işlərinizi daha da rahatlacağı düşünülür.
Əgər evinizi 2020-ci ilin trendinə uyğun dizayn etmək istəyirsinizsə, o zaman sizi Qardaşlar mebelə dəvət edirik. İlham verən fikirlər və yeniliklər üçün bloqlarımızı izləməyə davam edin.
Uşaq otağı necə dizayn edilməlidir?
Uşaq otağını dizayn edərkən evin digər sahələri kimi otağın böyüklüyü, döşəmə, divarlar mütləq nəzərə alınmalıdır. Daha sonra mebel seçimini edə bilərsiniz. Xalça, işıqlar, pərdə də seçildikdən sonra zövqə uyğun kiçoi aksesuarlarla otağın dizaynını tamamlaya bilərsiniz. Bəs uşaq otağında mebel seçimi edərkən nələrə diqqət etmək laızmdır?
KONSEPTİNİ TƏYİN EDİN
UŞAQ OTAĞI DİZAYN EDƏRKƏN ÖNCƏDƏN KONSEPT TƏYİN EDİLMƏLİDİR. BU ZAMAN ÖVLADINIZIN ZÖVQÜNÜ MÜTLƏQ NƏZƏRƏ ALMALISINIZ. CİZGİ FİLM QƏHRAMANLARINA MARAĞI VARMI, YA HANSISA İDMAN NÖVÜNÜMÜ DAHA ÇOX SEVİR? KONSEPT TƏYİN EDİLDİKDƏN SONRA MEBELLƏ YANAŞI XALÇA, ÇILÇIRAQ, PƏRDƏ SEÇİMİ DAHA DA ASANLAŞACAQ.
HİSSƏ-HİSSƏ DEYİL, DƏST ALIN
Uşaq otağı üçün mebel seçərkən mebeli dəst halda almaq hər zaman işinizi daha da rahatlaşdıracaq. Dəst alınan mebellərdə yataq, geyim dolabı, yazı masası, kitab rəfi və digər mebel hissələri bir-biri ilə rəng ahəngi yaratdığı üçün otağın digər aksesuarlarında seçim edərkən çətinlik çəkməyəcəksiniz.
RƏNGLƏRƏ DİQQƏT EDİN
Hər otaqda olduğu kimi uşaq otağında da rənglərə xüsusi diqqət etmək lazımdır. Rənglər böyüklərin psixologiyasına təsir etdiyi kimi uşaqlar da öz təsirini göstərir. Məsələn, çəhrayı rəng sevgi və mərhəmət hissini bəxş edir. Bu rəgdən daha çox qız uşaqlarının otağında istifadə edilir. Amma psixoloqlar bildirir ki, rəngin müsbət enerjisi və verdiyi rahatlıq təkcə qız uşaqları üçün nəzərə alınmamalıdır. Uşağınız üçün otaq dizayn edəndə onun cinsini deyil, xarakter və psixologiyasını əsas götürün.
Narıncı aktiv və xeyirxahlığı yansıdır. Sari rəng isə daima öyrənməyə marağı olan uşaqlar üçün ideal seçimdir. Həmçinin bənövşəyi rəng də öyrənməkdə maraqlı olan, yaradıcı ruhlu uşaqların otaq rəngi ola bilər. Əgər övladınız sakit təbiətlidirsə, o zaman otaq dizaynında rahatlıqla ağ rəngdən istifadə edə bilərsiniz.
Uşaq otağını dizayn edərkən mebel və aksesuarlarda öyrədici işarələrin olması uşaqda öyrnəməyə həvəs yaradacaq və təxəyyülünün inkişaf etməsinə kömək olacaq.
Qardaşlar mebelin uşaq otağı mebelleri bölməsindən övladınızın otağı üçün uyğun olan mebellərə baxıb seçə bilərsiniz.
Rənglərin insan psixologiyasına olan təsirlərini az çox bilirik. Ağ rəng məsumluğu, qara rəng nəcibliyi, mavi rəng isə sakitliyi tərənnüm edir. Bəs, rənglərin ev dekorasiyasındakı tərisi barədə düşünmüsünüz? Əgər bu barədə məlumatınız yoxdursa, o zaman bu yazımız sizin üçün çox faydalı olacaq. Məqaləmizdəki tövsiyələri araşdıraraq otağınız üçün mebel seçərkən rənglərin psixologiyanıza təsirini ön plana çəkə və daha düzgün rəng seçimi edə bilərsiniz.
Narıncı rəng
Narıncı enerjinin rəngi olduğu üçün evinizdə enerjini hiss elətdirmək istədiyiniz yerlərdə bu rəngdə olan yumşaq mebellərdən istifadə edə bilərsiniz. Qonaq otağında narıncı rəngdə olan divan kreslo dəsti gələn qonaqların özlərini rahat hiss etmələrinə səbəb olacaq. Lakin narıncı rəngi bütünlüklə yumşaq mebel dəstində istifadə etmək düzgün deyil. Fərqli rənglərlə uyğunlaşdıraraq evinizdə xoş abu hava yarada bilərsiniz. Divanınız narıncı rəngdədirsə, o zaman kreslonu krem rəngində seçərək kontrast yarada bilərsiniz. Beləliklə qonaq otağınız modern tərzə boyanmış olacaq.
Yaşıl rəng
Yaşıl rəng yorğunluğu aradan qaldıran rəng sayılır. Əsasən də göz yorğunluğa olarsa, yaşıl rəngə baxaraq bunu aradan qaldırmaq olur. Qonaq və ya istirahət otağında yaşıl rəngin olması da bu baxımdan mütləqdir. Bağ evlərində yaşıl rəngin olması evə ayrı ab-hava qatır. Belə olanda insan özünü təbiətlə iç-içə hiss edir.
Mavi rəng
Təbiətdə mavi rəngi ya dənizi, ya da səmanı izləyərkən görərik. Səma və dənizi izləmək isə bizə dərin bir rahatlıq bəxş edir. Qonaq otağınızda, istirahət guşənizdə də bu rahatlığı əldə etmək üçün mavi rəngdən istifadə edə bilərsiniz.
Yumşaq mebel seçərkən otağın genişliyi də nəzərə alınmalıdır. Əgər qonaq otağınız geniş və bol işıqlıdırsa, o zaman göy rəngdə olan Avanqard Yumşaq Mebel sizin üçün ən yaxşı seçim ola bilər.
Çəhrayı rəng
Çəhrayə rəng ağ ilə qırmızı rəngdən ibarət olduğu üçün hər iki rəngin xüsusiyyətlərini özündə cəmləyir. Qırmızının enerji və şən ab-havası ilə ağın rahatlıq və məsumluğu çəhrayı rəngdə birləşir. Bu özəlliklərinə görə yumşaq mebel seçərkən çəhrayı rəngə üstünlük verənlər az deyil.
Yemək masası və digər mebellərdə ağ rəngdən istifadə etmisinizsə, o zaman yumşaq mebelin parçasında və ya hansısa aksesuarında (yastıq, örtük) çəhrayı rəngdən istifadə edə bilərsiniz. Çəhrayı rəng ilə həmçinin digər rənglərin açıq tonunu uyğunlaşdıra bilərsiniz. Kasparo Yumşaq Mebel dəstində də olduğu kimi siz də krem və çəhrayı rəngin mükəmməl uyğunluğunu seçimləriniz sırasına əlavə edə bilərsiniz.
Boz rəng
Dekorasiyada son zamanlarda ən çox istifadə edilən rəng boz rəngdir. Modern üslübu tərənnüm edən boz rəng digər rənglər ilə asanlıqla uyğunlaşdırıla bilən bir tona sahibdir. Boz rəngli mebel seçərkən həm də otağın ölçüsü nəzərə alınmalıdır. Əgər otaq kiçikdirsə, o zaman açıq boz rənginə üstünlük vermək otağı daha da geniş göstərəcək. Əgər otaqda ağ rəng üstünlük təşkil edirsə və otaq təbii işıqla aydınlanırsa, Karmen Yumşaq Mebel dəsti sizin üçün ən yaxşı seçim olacaqdır.
Bəzi insanlar yataq dəstləri, qonaq otağı mebelləri seçərkən taxta materialdan detalı çox olan mebellərə üstünlük verirlər.
Mebellərin çirklənməsi qaçınılmaz hadisədir. Taxta materiallı mebel çirklənərsə, onu necə təmizləmək lazımdı?
Təqdim edilən sadə təmizlik sirrləri ilə taxta materiallı mebellərin üzərini parlaqlaşdıra, su və mürəkkəb ləkələrini yox edə bilərsiniz.
Taxta materiallı mebellərin mütəmadi olaraq tozu alınır və parladici maddələrlə üzəri silinir. Amma müəyyən zamandan sonra istifadə edilən kimyəvi vasitələr mebelin üz qatının zədələnməsinə səbəb olur. Tez-tez və səthi olan təmizliyin əvəzinə mebellər vaxtaşırı daha dərindən təmizlənməlidir.
Taxta mebelləri təmizləməyin bir neçə üsulu var. Biz sizə onları təqdim edirik.
Səthi çirkləri təmizləmək üçün öncəliklə mebelin tozu silinməlidir. Daha sonrakı mərhələdə isə taxta üzərindəki ləkələrin təmizlənməsidir. Təmizləyici vasitə olaraq isə kimyəvi qatqısı ən az olanla başlamaq lazımdır. Məsələn, qabları yumaq üçün istifadə edilən yuyucu vasitəni su ilə qarışdırıb mebeli silə bilərsiniz. Lakin silmək üçün istifadə olunan parçanın yumşaq olması da vacibdir. Mebeli silərkən istifadə edilən parça tez-tez yuyulmalıdır. Mebelin bütün taxta səthini təmizləyici vasitə ilə sildikdən sonra təmiz parça ilə qurulamaq lazımdır.
Rəngli mebelləri və ya hansısa ləkə düşmüş taxta mebeli isə aşağıda göstərilən üsullarla təmizləyə bilərsiniz.
Su ləkəsi
Yəqin ki, birbaşa masaya isti çayla dolu olan stəkan qoyduqda yaranan buxar ləkəsini görmüsünüz. Bu buxar taxta masada ləkə olaraq alır. Bəs mebeldəki ləkəni necə təmizləmək lazımdır? Bunun üçün ləkə olan hissəyə diş məcunu vurub həmin ləkə çıxana qədər silmək lazımdır. Daha dərin ləkələr üçün isə diş məcununun üzərinə eyni miqdarda karbonat (soda) əlavə edib nəm parça ilə silmək lazımdır.
Çətin gedən ləkələr
Bir mürəkkəb ləkəsini çıxarmaq üçün 1 yemək qaşığı karbonatın üzərinə 1 çay qaşığı su su əlavə edib qarışdırmaq lazımdır. Daha sonra bu məcunu ləkənin üzərinə tətbiq edib həmin ləkə çıxana qədər silinməlidir. Daha sonra nəm parça ilə mebelin üzərini təmizləyin.
Mebelinizdəki ləkələri təmizlədikdən sonra onun parlaqlığını geri qaytarmaq üçün limon yağından istifadə edə bilərsiniz. Limon yağını apteklərdən əldə edə bilərsiniz. Yox, əgər tapa bilməsəniz ev şəraitində də parladıcı məhlul hazırlamaq mümkündür. Bunun üçün sizə 1 fincan zeytun yağı ilə yarım su stəkanı ölçüsündə ağ sirkə lazım olacaq. Yağ və sirkəni yaxşı qarışdırdıqdan sonra bu məhlulu yumşaq parçaya töküb mebelin taxta silin.
Beləliklə evinizdə olan mebellərin taxta materialdan olan hissələrini göstərilən qaydada təmizləyə və parlaqlığını geri qaytara bilərsiniz.
Ofis mebellərinin dayanıqlı olmasından əlavə göz oxşaması da vacibdir. Ofis mebel dəstlərinin içində ən çox diqqət edilməli olunan məqam oturacaqların (divan, kreslo və kürsü) keyfiyyətli materiallardan hazırlanmasıdır. Bundan əlavə otağın və seçilən mebelin harmoniyası da əsas diqqət yetirilməli məqamlardan biridir. İş həyatında önəmli qərarlar verilirki hansı ki bu sizin biznesinizə müsbət və ya mənfi təsir edə bilər. Araşdırmalara görə bu qərarların düzgün olması üçün qərarın verildiyi yerin aurası vacib faktordur.
Nəzərə alsaq ki biznesmenlər evlərindən çox şirkətdə;ofisdə vaxt keçirdirlər o zaman ofis mebeli də evdəki qədər rahat olmalıdır.Bundan başqa düzgün ofis mebeli dayanıqlılıq b axımından sərt taxta və metal detallardan istifadə olunaraq hazırlanmalıdır. Əlavə olaraq işçilərin rahatlığı üçün də işçi masaları həm istifadəyə rahat həm də onların sağlamlığına ziyan verməyəcək şəkildə seçilməlidir. Siz də ofisiniz üçün keyfiyyətli ofis mebelləri, rəhbər və menecer dəstləri, işçi masaları, komputer stolları axtarırsınızsa Gardashlar mebel bu işin ən doğru ünvanıdır.
Qonaq otağının ən vacib ünsürü yumşaq mebel və divan kreslo dəstidir. Əgər siz düzgün yumşaq mebel dəsti seçsəniz qonaq otağının dizaynını uğurla tamamlayacaqsınız. Gəlin unutmayaq ki qonaq otağında istifadə olunan yastıqlar həm dekorativ niyyətlə istifadə edilib həm də işlək olmalıdır. Rahat yastıqlar siz oturanda sizi dəstəkləyərkən interyerlə də uyumlu olması otağın görünüşünün tamamlanmasına yardım edəcəkdir.
Qonaq otağınız üçün divan kreslo dəsti seçərkən otağın rəngi, mebelin rahatlığı, mebelin ölçüsü və asan təmizlənəbilməsinə fikir verin. Bəzi mebellərdə parça materialı səbəbi ilə təmizləmə prosesi çətinləşir, buna görə də ev sahibi artıq xərcə girərək qonaq otağı mebelini dəyişməyə üz tutur. Bu kimi halları yaşamamağınız üçün Gardashlar mebelə yaxınlaşaraq mebellə bağlı istənilən sualınıza cavab ala bilərsiniz.
Şirkət işçiləri bir ailədirsə o zaman ofis də evimizdir. İş saatlarının çoxluğunu nəzərə alsaq məhsuldarlığın çox olması üçün düzgün seçim edilməlidir. Düzgün seçim üçün bunlara diqqət edilsə ofisiniz göz oxşayacaq.
Bunlardan əlavə dolablarının çox olmasına diqqət edilməsi sizə xeyir edəcəkdir.
Hər rəngin insana bəxş etdiyi aura fərqlidir. İnteryerdə rəng uyumu gərəklidir. Lakin ilk öncə rənglərin nə cür aurası olduğunu bilməliyik:
Əgər siz də standartlardan sıxılıb yeni və qeyri-adi interyer haqqında fikirləşirsinizsə bir-birinə zidd rənglərin uyumunu sizə məsləhət görürük.
Evdə ən çox istifadə edilən mebellərdən biri qonaq otağı mebelləridir. Buna görə də buradakı divan kreslo dəsti, yumşaq mebellər tez tez çirklənir. Əgər divan mebeli yetəri qədər təmiz olmasa, istirahətiniz o qədər də əyləncəli olmayacaq.
Təqdim etdiyimiz üsullar ilə yumşaq divan dəstinizin ilk günkü təmizliyini geri qaytara biləcəksiniz.
1.Vakuum (kiçik əl tozsoranı). Vakuumdan istifadə edərək divan kreslo üzərindəki çirk və yemək qalıqlarını rahatlıqla təmizləyə bilərsiniz. Vakuum yoxdursa, daimi istifadə etdiyiniz tozsoranın kiçik başlığı ilə də bu təmizliyi etmək olar.
Təmizlik zamanı divan kreslo dəstinin künc hissələrinə diqqət etmək lazımdır. Ev heyvanının tükü, yemək qalıqları və digər çirklər əsasən künc-bucaqda toplaşır. Yastıqları da təmizləyəndə ən azı divandakı qədər diqqətli təmizləmək lazımdır. Çünki toz və çirk daha çox yastıqlara hopur.
2. Təmizləyəcəyiniz parça səthin hansı materialda olduğunu mütləq öncədən təyin etmək lazımdır. Divan mebelinin yumşaq hissəsində olan (sizin divanınızda başqa hissəyə də yapışdırılmış və ya tikilmiş ola bilər) etiketdə parça ilə bağlı təlimatları oxuyun. Etketlərdə əsasən aşağıda göstərilən kodlar olur:
• WS: Kimyəvi tərkibi az olan təmizləyici vasitə ilə buxarlı vacuum və ya quru təmizləyici funskiyası olan yuyucu vasitə istifadə edin.
• S: Yalnız quru təmizləyici funksiyası olan yuyucu vasitə istifadə edin.
• X: Yalnız vacuum istifadə edin (susuz).
• W: Təmizləmək üçün sudan istifadə etmək olar.
3. Ləkələri təmizləyin. Bir divan mebelinin necə təmizlənməli olduğunu bilmək əslində ləkələri necə təmizləmək lazımdır sualı ilə eynidir. Satışda olan təmizləyici vasitələr və ya ev şəraitində hazırladığınız təbii vasitələrdən də istifadə edə bilərsiniz. Evdə hazırlanan vasitələr daha az maliyyə tələb edir və ətraf mühitin ekoloji tarazlığı üçün zərərsiz sayılırlar.
Parçanın növünə görə divan kreslo necə təmizlənməlidir?
• Divanın dəri parçadan ibarət olan səthini təmizləmək. Sprey şüşənin içərisinə 1/2 stəkan zeytun yağı ilə 1/4 stəkan sirkə əlavə edib qarışdırmaq lazımdır. Daha sonra divanın üzərinə bu məhlulu püskürdüb yumşaq parça ilə silmək lazımdır.
• Sintetik üzlüyü təmizləmək. Yenə sprey şüşəsinə 1/2 stəkan sirkə, 1 stəkan ilıq su və 1/2 çay qaşığı qədər maye yuyucu vasitəsi əlavə edib qarışdırdıqdan sonra alınan məhlulu çirkli sahəyə tətbiq etmək lazımdır. Daha sonra yumşaq parça ilə ləkə olan hissəni silmək lazımdır.
4. Son mərhələ isə divan mebelinin qurudulma mərhələsidir. Suyu hopdurması üçün suyu özünə çəkən dəsmaldan istifadə edərək quruma prosesini tezləşdirə bilərsiniz. Divanın tam quruduğuna əmin olmaq lazımdır. Tam qurumayan, az da olsa nəmliyi qalan divan və yastıqlardan qısa zaman sonra rütubət iyi gələcək.
Əgər mətbəxiniz artıq sizə kiçik görünürsə və ya yeni köçdüyünüz evin mətbəxi dardırsa; divarı sökməyə yada daha çətin yolu seçməyə ehtiyac yoxdur. Sadəcə olaraq mətbəx mebelini düzgün seçmək kifayətdir.Mətbəx mebelindən əlavə olaraq düzgün divar rəngi də bu işdə sizə yardım edəcək. Düzgün mətbəx mebeli seçimi üçün Gardashlar Mebelə müraciət edin və istəyinizə uyğun mebelləri sizin üçün hazırlayaq.
Skandinaviya tərzi adından bəlli olduğu kimi rahatlığı sevən ölkələr olan Skandinav ölkələrinin adət-ənənələrinə uyğun bir tərzdir. Sözü gedən ölkələr yer kürəsinin şimalında yerləşir və ən soyuq yaşayış məskənlərindən biridir. Bu səbəbdən də onlar havanın əksinə evlərinin hərarətli və ürəkləri isidən olmasının tərəfdarıdırlar.
1.Sadəlik;
Bu tərzin bəlli olması üçün sadəlik mütləqdir. Sadəlik dedikdə isə az əşya nəzərdə tutulur. Skandinav tərzin mümkün qədər az əşyalardan istifadə edilməsi ilə minimal və modern tərzə yaxın olduğu deyilir. Lakin digər tərzlərdən fərqli olaraq aksesuar və rəng seçimində əksinə sadəlikdən qaçılmalıdır.
2. İşıqlandırma;
Skandinavya ölkələrində əsasən qış mövsümü hakimdir. Bu səbəbdən də günün bir qismi qaranlıqda keçir. Geniş və aydın otaqlar üçün isə mümkün qədər gün işiığından yararlanmaq lazımdır. Bu tərzində tikilən evlərin böyük pəncərələlə fərqləndiyini görəcəksiniz.Həmin pəncələrdə isə tül və açıq rəngli pərdələrdən istifadə olunduğunu görərsiniz.
3. İstifadə edilən materillar;
Skandinav tərzində istifadə edilən materiallar əsasən təbii ya əl işləməli materiallardır. Parça olaraq isə kətan və pambıq təbii parçalar, bəyaz rəngə yaraşan çiçəklər və çizgilər ilə bu tərz digərlərindən seçilir. Skandinavya tərzi yaratmağı ideal auranın səbəbi taxta materialdır.
4. Rənglər;
Skandinavya ölkələrində uzun və qaranlıq qış günlər səbəbi ilə aydın otaqlar üçün bəyaz rəng bu tərzin ən “şah damarı”dır. Ümumiyyətlə bu tərzdə bəyaz və açıq rənglərə üstünlük verilir. Aksesuar və mebel seçimində isə sarı, mavi, boz və yaşıl rənglərdən istifadə olunur.
Keçmişin izlərini dövrün keyfiyyəti ilə birləşdirmək əla fikirdir! Bu blogumuzun mövzusu Klassik tərzdə yataq dəstidir. Klassik yataq dəsti təməl olaraq çarpayı, tumba,termo və dolabdan ibarət olmalıdır. Dizayn etdikdə açıq tonlardan istifadə olunması arzuolunandır.Bunlardan əlavə istifadə olunacaq aksesuarlar-xoş günlərinizi xatırladacaq şəkilləri qoyacağınız çərçivə,otağınıza təravət yayacaq güllər üçün güldan klassik üslubda olması xoş görüntü yaradacaqdır. Yataq mebeli seçərkən əsasən rahatlığa və onurğanız üçün probelm yaratmayacaq tərzdə seçimlərə üstünlük verin. Yaxşı yuxu gün içindəki enerjinizin başlıca mənbəyidir, buna görə də yaxşı yataq mebelləri yaxşı və pozitiv gün deməkdir.