Nə axtarırsan?

2020-07-21

Qonaq otağının rahatlığı stuldan başlayır

Qonaq otağı – mənzil sahibinin statusunu müəyyən edən və gələn qonaqlar tərəfindən ən çox müzakirə olunan otaqlarından biridir. Bu otaqda yerləşdirilmiş hər bir aksesuar evə gələn insanların diqqətini cəlb etməyə və rahatlığına hesablanmışdır. Diqqət etsəniz görərsiniz ki, evinizə dəvət etdiyiniz insanlar ən çox divan və masa ətrafında oturarkən evinzin interyer/eksteryerini daha yaxından analiz etməyə başlayırlar.

Qonaq otağı üçün mebel necə seçilməlidir?

Bu ilk başdan zövqə bağlı məsələ olsada, seçim zamanı funksionallıq və ölçülər ciddi rol oynayır. Əgər qonaq otağınız genişdirsə, o zaman ölçülərə uyğun mebel almağa tələsməyin. Kağız və qələm götürərək aşağıdakı sualları yazıb, ona cavablar hazırlayın:

  • Ailə üzvlərimin sayı nə qədərdir?
  • Evdə doğum günü, kiçik məclislər keçirməyi planlaşdırıram?
  • Bu günə kimi evimə maksimum nə qədər adam gəlib?
  • Evimdə uşağımın oynamağı üçün kifayət qədər boş sahə qalacaqmı?
  • Əvvəlki stulların üzəri nə dərəcədə tez-tez çirklənirdi?

 

Yuxarıda qeyd olunan suallara cavab tapmaqla yanaşı, verdiyiniz cavablara da diqqət etməyiniz vacibdir. Məhz verdiyiniz cavablar Sizə evinizə neçə və ya hansı növ stullar almağınızla bağlı fikirlərinizi qətiləşdirəcəkdir.

Stulların növləri

Hazırda mebel istehsalçıları müxtəlif modifikasiyalı stullar istehsal edir. Bu stulların bir çoxları insan təxəyyülünün məhsulu olsa da, bəziləri məhz insan davranışlarının analizi nəticəsində hazırlanmışdır.

Stabil stullar. Bu oturacaqların elə hazırlanıb və bərkidilir ki, onların formasını dəyişmək mümkün olmur. Belə oturacaqlar istənilən təzyiqə dözümlü və uzunömürlü olurlar.

Yığılan stullar. Bu kimi stullar adətən yaşayış sahəsi məhdud olan məkanlar üçün nəzərdə tutulur. Bu stulların da özünə görə müxtəlif hərəkətlilik mexanizmi olur.

Yumşaq və yarı-yumşaq stullar. Bu kateqoriyaya daxil olan stulları adətən gözləmə otaqları, məktəblər, hərbi hissələr, konfrans zalları və s. məkanlarda istifadə edirlər. Bu oturacaqların üzərindəki döşək hissəsinin eni və uzunluğu, o cümlədən amartizasiyanı təmin edən prujinin, qupkanın sərtliyi sifarişçinin istəyinə görə dəyişir. Yumşaq və ya yarı-yumşaq oturacaqların üzərinə adətən məxmər və ya velyur parçalardan hazırlanmış üzlüklər vurulur.

Oturacaqların materialları

Bir çox oturacaqlar palıd, armud, fıstıq, qoz ağaclarının qarışıqlarından və ya sırf bir ağac növündən hazırlanır. Yuxarıda adları sadalanan ağaclardan hazırlanan stullar adətən elit sinfə aid olur və özündə barokko, renessans, qotika, ampir tərzlərini birləşdirir.

Qardaş məsləhəti. Əgər evinizdə az yaşlı uşaq varsa, çalışın aldığınız mebelin künc hissələri iti olmasın. Bu onu oyun zamanı təsadüfi zərbələrdən qoruyacaq. Suallarınıza cavab tapdınızsa, o zaman sayta keçid edib zövqünüzə uyğun stulu seçə bilərsiniz.

 

Qonaq otağının rahatlığı stuldan başlayır

Digər bloqlar

Faydalı Linklər

>