Nə axtarırsan?

2020-10-16

Uşaq mebeli seçməyin qızıl qaydası

Komfortu və rahatçılığı sevən təkcə uşaqlar deyil. Seçiminiz zamanı təkcə görünüşə və funksionallığa deyil, təhlükəsizliyə də diqqət etməlisiniz. Bu bloq yazısında Sizlərə uşaq mebeli seçməyin 5 qızıl qaydası ilə bağlı məlumat vermək istərdik.

Uşağınızı analiz edin

Onun oyuncaq seçimi zamanı hansı rəngli oyuncaq və geyimlərə üstünlük verdiyinə diqqət edin. Nəzərə alın ki, uşağınız ilk vaxtlarda gününün çox hissəsini öz otağında keçirəcək. Çalışın seçdiyiniz mebelin rəngi otağın divar rəngləri ilə ahənglik təşkil etsin. Rənglərin bir-birindən kəskin fərqlənməsi uşağın gözünün yorulmasına və ya mənfi auraya köklənməsinə səbəb ola bilər. Uşağınızı kəşf etməkdə çətinlik çəkirsinizsə, o zaman psixoloqla məsləhətləşin.

Yerini dar etməyin

Nəzərə alın ki, uşaqlar çox aktiv və ya hiper aktiv olurlar. Bu məqamı diqqətə alaraq çalışın otaqda həddindən artıq böyük mebel olmasın. Doğru planlaşdırılmış otaqda uşağın əlavə bacarıqlarını kəşf etməyə dəstək olacaq elementlər (qlobus, şahmat, rəsm lövhəsi, basketbol səbəti) yerləşdirin. Unutmayın ki, uşağınızın öyrənmək, əylənmək üçün şəraiti olmalıdır.

Keyfiyyətə üstünlük verin

Uşaq mebeli seçərkən onun materiallarına xüsusi diqqət yetirin. Çalışın alacağınız mebel ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış olsun. Bəzi  istehsalçılar DSP materialından keyfiyyətli mebellər təklif edirlər. Lakin bu materialdan hazırlanan mebel aldıqda, istehsalçıdan sertifikat tələb etməyi unutmayın.

Təhlükəsizlik birincidir

Gözəllik öz yerində amma mebelin təhlükəsizliyinə xüsusi diqqət edin. Diqqətinizi çəkən bir çox mebellər özündə təhlükəli elementləri birləşdirir. Diqqət edin ki, mebelin iti bucaqları olmasın. Qapılarda tənzimləyici mexanizm olmasına diqqət edin ki, uşağın əli qapı arasında qalmasın. Digər bir məqam isə qapı açarları ilə bağlıdır. Çalışın seçdiyiniz mebelin qapısı içəri tərəfdən bağlanan olmasın. Mebel rəflərinin kip yerləşdirilməsinə diqqət edin ki, uşaq hər hansı bir əşyanı götürərkən rəf onun üzərinə aşmasın.

Sizə bir qardaş məsləhəti də verim. Çalışın uşaqlarınızla daha çox vaxt keçirin. Aldığınız mebelin dili olmasa da, emosiyalarınızı onlara doğru şəkildə ötürsün.

Hörmətlə,

Uşaq mebelləri üzrə böyük qardaş

Uşaq mebeli seçməyin qızıl qaydası

Digər bloqlar

Faydalı Linklər

>