Nə axtarırsan?

2019-11-27

Yumşaq mebel seçimi üçün bilməli olduqlarınız

Rənglərin insan psixologiyasına olan təsirlərini az çox bilirik. Ağ rəng məsumluğu, qara rəng nəcibliyi, mavi rəng isə sakitliyi tərənnüm edir. Bəs, rənglərin ev dekorasiyasındakı tərisi barədə düşünmüsünüz? Əgər bu barədə məlumatınız yoxdursa, o zaman bu yazımız sizin üçün çox faydalı olacaq. Məqaləmizdəki tövsiyələri araşdıraraq otağınız üçün mebel seçərkən rənglərin psixologiyanıza təsirini ön plana çəkə və daha düzgün rəng seçimi edə bilərsiniz.

Narıncı rəng

Narıncı enerjinin rəngi olduğu üçün evinizdə enerjini hiss elətdirmək istədiyiniz yerlərdə bu rəngdə olan yumşaq mebellərdən istifadə edə bilərsiniz. Qonaq otağında narıncı rəngdə olan divan kreslo dəsti gələn qonaqların özlərini rahat hiss etmələrinə səbəb olacaq. Lakin narıncı rəngi bütünlüklə yumşaq mebel dəstində istifadə etmək düzgün deyil. Fərqli rənglərlə uyğunlaşdıraraq evinizdə xoş abu hava yarada bilərsiniz. Divanınız narıncı rəngdədirsə, o zaman kreslonu krem rəngində seçərək kontrast yarada bilərsiniz. Beləliklə qonaq otağınız modern tərzə boyanmış olacaq.

Yaşıl rəng

Yaşıl rəng yorğunluğu aradan qaldıran rəng sayılır. Əsasən də göz yorğunluğa olarsa, yaşıl rəngə baxaraq bunu aradan qaldırmaq olur. Qonaq və ya istirahət otağında yaşıl rəngin olması da bu baxımdan mütləqdir. Bağ evlərində yaşıl rəngin olması evə ayrı ab-hava qatır. Belə olanda insan özünü təbiətlə iç-içə hiss edir.

Mavi rəng

Təbiətdə mavi rəngi ya dənizi, ya da səmanı izləyərkən görərik. Səma və dənizi izləmək isə bizə dərin bir rahatlıq bəxş edir. Qonaq otağınızda, istirahət guşənizdə də bu rahatlığı əldə etmək üçün mavi rəngdən istifadə edə bilərsiniz.

Yumşaq mebel seçərkən otağın genişliyi də nəzərə alınmalıdır. Əgər qonaq otağınız geniş və bol işıqlıdırsa, o zaman göy rəngdə olan Avanqard Yumşaq Mebel sizin üçün ən yaxşı seçim ola bilər.

Çəhrayı rəng

Çəhrayə rəng ağ ilə qırmızı rəngdən ibarət olduğu üçün hər iki rəngin xüsusiyyətlərini özündə cəmləyir. Qırmızının enerji və şən ab-havası ilə ağın rahatlıq və məsumluğu çəhrayı rəngdə birləşir. Bu özəlliklərinə görə yumşaq mebel seçərkən çəhrayı rəngə üstünlük verənlər az deyil.

Yemək masası və digər mebellərdə ağ rəngdən istifadə etmisinizsə, o zaman yumşaq mebelin parçasında və ya hansısa aksesuarında (yastıq, örtük) çəhrayı rəngdən istifadə edə bilərsiniz. Çəhrayı rəng ilə həmçinin digər rənglərin açıq tonunu uyğunlaşdıra bilərsiniz. Kasparo Yumşaq Mebel dəstində də olduğu kimi siz də krem və çəhrayı rəngin mükəmməl uyğunluğunu seçimləriniz sırasına əlavə edə bilərsiniz.

Boz rəng

Dekorasiyada son zamanlarda ən çox istifadə edilən rəng boz rəngdir. Modern üslübu tərənnüm edən boz rəng digər rənglər ilə asanlıqla uyğunlaşdırıla bilən bir tona sahibdir. Boz rəngli mebel seçərkən həm də otağın ölçüsü nəzərə alınmalıdır. Əgər otaq kiçikdirsə, o zaman açıq boz rənginə üstünlük vermək otağı daha da geniş göstərəcək. Əgər otaqda ağ rəng üstünlük təşkil edirsə və otaq təbii işıqla aydınlanırsa, Karmen Yumşaq Mebel dəsti sizin üçün ən yaxşı seçim olacaqdır.

Yumşaq mebel seçimi üçün bilməli olduqlarınız

Digər bloqlar

Faydalı Linklər

>