Nə axtarırsan?

2021-05-04

MÜSTƏQİL AUDİTORUN HESABATI

QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə

  Rəy

  1. Mən, “QARDAŞLAR MEBEL-3” MMC-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

  1.  Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Mən diqqəti “QARDAŞLAR MEBEL-3” MMC-nin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdim. İzahedici qeydlərdə hazırki şəraitdə “QARDAŞLAR MEBEL-3” MMC-nin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Əsas audit məsələləri

  1. Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

 Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

  1.  Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyəti fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

  1. Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyim daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Sərbəst auditor

Hacı-Əzizov İlham İsfəndiyar oğlu

Bakı şəhəri, Azərbaycan Respublikası

       09 mart 2021-ci il 

 

MÜSTƏQİL AUDİTORUN HESABATI

Digər xəbərlər

Faydalı Linklər

>