Nə axtarırsan?

2020-10-19

Qardaşlar Mebel Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

İstehsal etdiyi mebelləri fürsətlər ölkəsinə ixrac etməyə nail olan Qardaşlar mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev belə bir vəziyyətdə dövlətimizin yanında olduğunu açıqlayıb. “Azərbaycan hər birimizin vətənidir. Biz bu məsələdə də birləşib dövlətimizə dəstək göstərməliyik. Qardaşlar mebel şirkəti olaraq cənab prezidentin və ordumuzun tutduğu mövqeni dəstəkləyir, tezliklə işğal atında olan torpaqlarımızın azad olacağına inanırıq.”

Şirkət rəhbəri bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırdı. “Bu gün bütün gücümüzü səfərbər edərək dövlətimizin və ordumuzun yanında olmalıyıq. Biz sahibkarlar belə bir vacib məqamda əlimizdən gələni əsirgəməməliyik. Qardaşlar mebel şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab prezidentin və ordumuzun yanındayıq, torpaqlarımızın azad olması üçün əlimizdən gələni etməyə hazırıq.”

Qeyd edək ki, Qardaşlar mebel şirkəti mövcud hərbi vəziyyətlə bağlı ölkə başçısının və müvafiq qurumların qəbul etdiyi bütün qərarları tam olaraq icra etməkdədir.

Qardaşlar Mebel Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

Digər xəbərlər

Faydalı Linklər

>