Nə axtarırsan?
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Dostluq” ordeni ilə
Hisarcıklıoğlu Mustafa Rifat
“Tərəqqi” medalı ilə
Alısoy İbrahim Aydın oğlu
Aslanov Zöhrab Vəli oğlu
Babayev Abbas Qəzənfər oğlu
Babayev Bəxtiyar Ağamir oğlu
Bağırlı Adil Tofiq oğlu
Bağmanov Hikmət Kamal oğlu
Büyükfırat Hüseyin Mehmet oğlu
Cabbarov Yusif Həsən oğlu
Çulaqov Rəşid Yasin oğlu
Hümmətov Qalib Xanlar oğlu
İsmayılov Əfqan Sultanəli oğlu
Karaşahin Ramazan Əbubəkir oğlu
Quliyev Ehtiram Tofiq oğlu
Quliyev Ruslan Gəray oğlu
Məmmədov Tofiq Rafiq oğlu
Məmmədov Zaur Samiddin oğlu
Mirzəyev Əli Məmməd oğlu
Traldi Manuela Stefano.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2022-ci il
Fabrikimizin bütün avadanlıqları Müasir Avropa Standartlarına uyğundur. Fabrikdə bütün istehsal prosesləri İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemlərinə uyğun tənzimlənir və müəssisə yuxarıda adı çəkilən sertifikata malikdir. İstənilən malın yüksək keyfiyyətli , geniş çeşidli hazırlanmasına ,həmçinin vaxtında və tam məsuliyyətlə müəyyən olunmuş ünvana çatdırılmasına tam zəmanət veririk.
Uğurlarımızın davamı olaraq İSO 9001:2015 sertifikatına layiq görüldük.Rəqiblərimiz özlərini sözdə reklam etdiyi zaman biz müştəri məmnuniyyəti üçün çalışmışıq.Çünki ən yaxşı reklam müştəri məmnuniyyətidir.
Fevralın 23-də “Buta Palace”də keçrilmiş 300-350 iş adamının, 20-yə yaxın xarici ölkənin Azərbaycandakı səfirlərinin, bir çox dövlət qurumlarının nümayəndələrinin,o cümlədən Almaniya, Gürcüstan,Səudiyyə Ərəbistanı və Özbəkistandan olan bir qrup biznesmenin iştirak etdiyi “Azeri Business Award” milli mükafatlandırma tədbirində "Qardaşlar Mebel MMC", "İlin Mebel İstehsalçısı" nominasiyasına layiq görülüb. Tədbirdən əvvəl keçirilmiş “Laureatların nailiyyətləri sərgisi”də, Qardaşlar Mebel MMC nin sərgisi,iştirakçılar tərəfindən böyük marağa səbəb olmuşdur. Tədbirdə Qardaşlar Mebel MMC nin rəhbəri Əli Mirzəyev öz çıxışı zamanı şirkətimizin təkcə taxta mebelləri deyil eyni zamanda dəmir mebel istehsal etdiyini vurğulayaraq üstünlüklərimizi bildirdirdi.
Qardaşlar Mebel yarandığı gündən müştərilərin rəğbətini qazanmışdır. Həm fiziki şəxslərin həm də özəl şirkətlərin və dövlət qurumlarının etibar etdiyi Qardaşlar mebel 2018-ci il sonu 2019-cu ilin əvvəlində qazandığı tenderlərin siyahısını təqdim edir:
27.11.2018 - Azərbaycan Dillər Universiteti
20.12.2018 - Azərbaycan Dəmir Yolları QSC
26.12.2018 - Advanced İndustrial Solutions MMC
17.01.2019 - Rafad MMC
18.01.2019 - "Azəri Med "MMC
25.01.2019 - Azərbaycan Respublikası Müdafiə Nazirliyi
26.01.2019 - Azərbaycan Respublikası Baş Prokurorluğu
28.01.2019 - Aqrar kredit QSC Bank olmayan kredit təşkilatı
28.01.2019 - Çinar İnşaat MMC
28.01.2019 - Azərbaycan Memarlıq və İnşaat Universiteti
29.01.2019 - Ultra Lab MMC
30.01.2019 - Dövlət İmtahan Mərkəzi
30.01.2019 - Bakı Mexanika və Elektronika MMC
05.02.2019 - "İmdad Konsalting " MMC
07.02.2019 - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
07.02.2019 - Qəbələ MRX
08.02.2019 - MEGA PARK -1 U/B
18.02.2019 - Caspian Marine Services
22.02.2019 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
25.02.2019 - Naiqin K Tovuz- Baltiya MMC
05.03.2019 - ADU-Konfutsi İnstitutu
05.03.2019 - Astara MRX
14.03.2019 - Quba MRX
15.03.2019 - Lənkəran MRX
28.03.2019 - Xaçmaz MRX
29.03.2019 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi
08.04.2019 - Gəncə Dövlət Universiteti
10.04.2019 - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
19.04.2019 - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
17.05.2019 - Azərbaycan Dövlət Gömrük Komitəsi
10.06.2019 - AMEA Folklor İnstitutu
17.06.2019 - "İVA FZ" MMC
01.07.2019 - "Azərkitab-Kitab Təbliğatı Mərkəzi" MMC
02.07.2019 - "Bakı Metropoliteni" QSC
02.08.2019 - Azərişıq "ASC
2015-ci ildən fəaliyyət göstərən “Qardaşlar mebel” Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir. Fabrik bir sıra beynəlxalq sərgilərə qatılıb, məşhur brendlərlə əməkdaşlıq edir. “Qardaşlar mebel”in təsisçisi, gənc sahibkar Əli Mirzəyev fabrikin istehsalı, hədəfləri və əldə etdiyi uğurlar barədə AZƏRTAC-ın suallarını cavablandırıb.
- Qeyri-neft sektorunun inkişafı bir sahibkar kimi sizin işinizə necə təsir edir?
- Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması, idxaldan asılılığın aradan qaldırılması ilə bağlı görülən bütün işlər ölkə rəhbərinin uğurlu islahatlarının tərkib hissəsidir.
İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir. Ölkəmizdə mebel sənayesinin kifayət qədər inkişaf etdiyini, çox keyfiyyətli mebel məhsullarının istehsal olunduğunu vurğulaya bilərəm.
- Əli müəllim, təsisçisi olduğunuz “Qardaşlar mebel”in fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Mebel istehsalı və satışı ilə məşğul olan “Qardaşlar mebel” fabriki 2015-ci ildən fəaliyyət göstərir. İki hektar ərazisi olan fabrik hazırda Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir. Daimi olaraq 100 nəfərdən çox işçisi olan “Qardaşlar mebel” öz işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına hər zaman böyük diqqət göstərir. Fabrikin əməkdaşları dünyanın bir çox qabaqcıl ölkələrində keçirilən sərgilərdə iştirak edərək, həm mebel istehsalı sahəsində baş verən yeniliklər və ən son texnoloji avadanlıqlarla tanış olur, həm də yeni müştərilər və partnyorlar qazanırlar.
- Mebellərin keyfiyyəti və zəmanəti müştəriləri ən çox maraqlandıran məsələlərdəndir. “Qardaşlar mebel” buna nə qədər önəm verir?
- “Qardaşlar mebel” çox qısa zamanda istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilib. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi ISO 9001: 2008 və ISO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülüb.
“Qardaşlar mebel”in bütün avadanlıqları müasir Avropa standartlarına uyğundur. Belə ki, avadanlıqların 80 faizi İtaliyanın məşhur “GRIGGIO WoodworkingMachinery” şirkətindən alınıb, digər avadanlıqlar isə Türkiyənin “Durmazlar Makina”, “Reha Makina”, “Teksan makina”, “Sağlam Makina”, “Tempoaksesuar”, “Etiket Atölyesi” və “FetaEğitimAraçlarıMerkezi” kimi iri şirkətlərə aiddir. Qeyd edək ki, “Reha Makina” İngiltərənin “RangeRover” və “Jaguar” avtomobil brendləri ilə yaxından əməkdaşlıq edir.
Mebel dəstlərinin istehsalı zamanı çox keyfiyyətli ağac materiallarından, metal hissələrdən, mexanizmlərdən, boyalardan, dəri və parça üzlüklərdən, döşəklərdən istifadə olunur. Fabrikin tərkibində bir neçə iri istehsal korpusu fəaliyyət göstərir. Fabrikdə ofis, ev və bağ mebelləri ilə yanaşı, məktəb mebelləri, hərbi mebellər, səhiyyə mebelləri və bütün növ dəmir mebellər də istehsal olunur.
Mebel dəstlərinin yüksək keyfiyyətlə hazırlanmasına, vaxtında çatdırılmasına və tam məsuliyyətlə quraşdırılmasına təminat verilir. Fabrikə məxsus olan yük maşınları məhsulların güvənilir və təhlükəsiz qaydada çatdırılması sahəsində kifayət qədər təcrübəlidir. Odur ki, istehsal etdiyimiz istənilən malın keyfiyyətinə uzunmüddətli zəmanətlər veririk.
Yerli istehlakçıların bizə rəğbət göstərməsi və keyfiyyətimizdən razı qalması bizi qürurlandırır və daha da həvəsləndirir. Onu da qeyd edim ki, ölkəmizdə bir çox dövlət müəssisələri öz maddi-texniki bazasını yeniləyərkən bizə etibar edirlər.
Bütün bunların qarşılığında “Qardaşlar mebel” öz yenilikləri ilə müştəriləri sevindirmək, onlara keyfiyyətli və münasib qiymətlərlə məhsullar təqdim etmək üçün hər zaman böyük səylə çalışır.
- Mebel sahəsi elə bir sahədir ki, estetik görünüş və zövq tələb edir. Bu yönümdən baxsaq, “Qardaşlar mebel” müştərilərin zövqünü oxşaya bilir?
- Müştərilərin zövqünü oxşaya bilmək üçün peşəkar dizayner komandası cəlb olunur, istehsal prosesi və fabrikin idarə olunmasının avtomatlaşdırılması ilə bağlı çox böyük işlər görülür. Yaxın günlərdə “Qardaşlar mebel” öz brandbookunu, loqosunu və internet səhifəsini (www.gardashlar.com) yeniləyib, hətta “GrandMaster” adlı müəlliflik hüquqları özünə məxsus olan personaj (maskot) yaradıb. İnnovativ yenilikləri dəstəkləyən və daim özünü təkmilləşdirən “Qardaşlar mebel” müştərilərilərə “Təki siz istəyin...” sloqanı ilə səslənir. Fabrikin yeni internet səhifəsi müştərilərin istifadəsinə verilib. Hər kəs oradakı elektron kataloq vasitəsilə fabrikə məxsus istehsal nümunələri ilə tanış ola bilər. Bundan əlavə, “Qardaşlar mebel”in Çağrı mərkəzi hər zaman müştərilərə xidmət göstərməkdən məmnunluq duyur.
- Uğurlarınız və qarşıdakı hədəfləriniz bizim üçün maraqlıdır...
- Cari ildə “Buta Palace”də keçirilmiş 350-dək iş adamının, bir çox dövlət qurumlarının nümayəndələrinin, 20-dək xarici ölkənin Azərbaycandakı səfirlərinin, eləcə də Almaniya, Gürcüstan, Səudiyyə Ərəbistanı və Özbəkistandan bir qrup biznes nümayəndələrinin iştirak etdiyi “AzeriBusinessAward” milli mükafatlandırma tədbirində “Qardaşlar mebel” “İlin mebel istehsalçısı” nominasiyasına layiq görülüb. Tədbirdən əvvəl keçirilmiş “Laureatların nailiyyətləri sərgisi”ndə fabrikə məxsus stend iştirakçılar tərəfindən böyük marağa səbəb olub.
“Qardaşlar mebel” öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmağı və “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını qarşısına hədəf qoyub. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür və əminliklə deyə bilərik ki, qısa zamanda bu hədəfə də çatacağıq.
- Müştərilər mebellərlə daha geniş şəkildə necə tanış ola bilərlər?
- Hazırda fabrikə məxsus 2 “showroom” mövcuddur ki, onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşir. Müştərilər rahatlıqla burada sərgilənən mebellərlə tanış ola bilər. Hər kəsi məhsullarımızın keyfiyyətini və yeniliklərimizi yaxından izləmək üçün showrooma dəvət edirik.
Mebel sektorunda özəl konseptləri ilə fərqlənən “Qardaşlar mebel” şirkəti ölkədaxili bazar araşdırması proqramı çərçivəsində yeni konseptini təqdim edib. Şirkət bu dəfə ölkədə fəaliyyət göstərən kitabxanalardakı kitabların kənar təsirlərdən qorunması üçün unikal həll yolu təklif edib.
Şirkətin rəhbəri Əli Mirzəyevin sözlərinə görə kitabxanalarda kitabların kənar təsirlərdən qorunması onlar üçün hər zaman prioritet məsələlərdən olub:
“Biz bu istiqamət üzrə işlərə kitabxanalardakı cari vəziyyəti analiz etməklə başladıq. Daha sonra əldə etdiyimiz məlumatlar əsasında kitabları uzunmüddət kənar təsirlərdən qorunmasına xidmət edəcək belə bir unikal həll yolu tapdıq. Təklif etdiyimiz konsept məkanın genişliyindən asılı olaraq istənilən ölçüdə hazırlana bilər. Konstruksiya döşəmədə quraşdırılacaq xətlər üzrə rahat hərəkət edə bilir. Bundan əlavə konstruksiyanın üzərində olan lövhələr kitabları kateqoriyalara görə bölməyə imkan yaradır. Konstruksiyanın montajı və demontajı qısa vaxt ərzində həyata keçirilir. Məkanın təmiri zamanı kitabları qorumaq üçün konstruksiyanın üzərində yerləşən sükanı müvafiq istiqamətə hərəkət etdirməklə rəfləri bir xətt üzrə yığmaq mümkündür. Biz inanırıq ki, təklif etdiyimiz unikal həll yolu mədəni irsimizin qorunmasına xidmət edəcək.”
Qeyd edək ki, “Təki Siz istəyin” şüarı altında fəaliyyət göstərən Qardaşlar mebel şirkəti 15-dən çox istiqamət üzrə mebel istehsalı ilə məşğuldur. Şirkət həmçinin ölkədə bir çox böyük və kiçik layihələrin iştirakçısıdır.
Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biri olan Qardaşlar Mebel şirkəti 2020-ci il planlarını açıqlayıb.
Şirkətin rəhbəri Əli Mirzəyev 2019-cu ilin Qardaşlar Mebel üçün uğurlu olduğunu söyləyib.
“2019-cu ildə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət yerli istehsal həcmimizin artmasına öz təsirini göstərdi. Müştəri məmnuniyyətimiz əvvəlki illərdə olduğu kimi ötən il də müsbət tendensiya ilə davam etdi. Həmçinin şirkət olaraq 2019-cu ildə “İlin Mebel İstehsalçısı” nominasiyasına layiq görüldük. Bütün bu və baş verən digər yenilikləri növbəti ilə olan planlarımızın davamı olaraq dəyərləndiririk".
2020-ci il üçün planlarını açıqlayan şirkət rəhbəri strateji inkişaf xəritəsinin geniş olduğunu qeyd etdi: “Biz əvvəlki illərdə olduğu kimi bu il də insan kapitalına yatırım etməyə davam edəcəyik. Fabrik əməkdaşlarının daha da peşəkar olması üçün müvafiq istiqamətlər üzrə təlimlər təşkil etməyi planlaşdırırıq. 2020-ci ildən başlayaraq müştərilərin maarifləndirilməsi istiqamətində də bir çox işlər görməyi hədəfləyirik. Qardaşlar Mebel olaraq müştəri vərdişlərinin öyrənilməsinə fokuslanaraq istehsal etdiyimiz mebellərə daha çox praktiklik qatmağı planlaşdırırıq”.
"MEBELLƏRİMİZ DÜNYA MARKALARI İLƏ YAN-YANA DURMAĞA LAYİQDİR"
Məhsullarının xarici bazarlara ixrac olunması haqqında məlumat verən Əli Mirzəyev bu məsələnin onların üçün prioritet təşkil etdiyini söylədi: “Biz "Made in Azerbaijan" brendi altında istehsal etdiyimiz mebellərimizi xarici bazarlara çıxartmaqda maraqlıyıq. Bu istiqamətdə müəyyən nəticələr əldə etsək də, bununla kifayətlənmək istəmirik. Biz bilirik ki, istehsal etdiyimiz mebel digər dünya markaları ilə yan-yana durmağa layiqdir. Bu hədəfimizə daha tez çatmaq üçün mümkün olan bütün marketinq alətlərindən istifadə edəcəyik.”
Qeyd edək ki, Qardaşlar Mebel şirkətinin hal-hazırda ölkə üzrə iki sərgi mağazası mövcuddur. Onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F ünvanında yerləşir.
Azərbaycanda “Caspian European Club”-un qızıl üzvü olan “Qardaşlar Mebel” şirkəti Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda iştirak edib.
Forumda iştirak edən “Qardaşlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev tədbirin xarici tircarət iştirakçıları üçün önəm daşıdığını söyləyib.
“Biz son iki ildə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin şəffaflığın təmin olunması istiqamətində həyata keçirdiyi islahatları dəstəkləyirik. Çox şadam ki, “Qardaşlar Mebel” şirkətinin adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır. Şirkət olaraq qısa müddət ərzində “Yaşıl Dəhliz” iştirakçılarının sayının 505-ə çatmasını və dövriyyə həcminin 8 milyard dolları keçməsini ölkə üzrə sahibkarlığın inkişafına göstərilən diqqətin tərkib hissəsi kimi qiymətləndiririk. “Qardaşlar Mebel” şirkəti olaraq “Yaşıl Dəhliz” buraxılış sistemi çərçivəsində əlverişli biznes mühitinin formalaşması, gömrükdə sürətli keçidin təmin olunması və gömrük nəzarətində şəffaflığın artırılması kimi digər üstünlüklər yerli bazar iştirakçılarının ixrac potensialını daha da artıracaqdır”.
Qeyd edək ki, “Qardaşlar Mebel” şirkəti 2020-ci ildə müştərilərinə özəl mebel konseptləri təqdim etmək üzərində çalışır. Şirkət, müştəri davranışları əsasında daha praktik və funksional mebellər istehsal etməyi planlaşdırır.
Azərbaycanda 15-dən çox kateqoriya üzrə mebellər istehsal edən Qardaşlar Mebel “Caspian European Club”-un qızıl üzvü olub.
Tədbirdə çıxış edən “Qardaşlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev yerli istehsalın inkişafı məsələsinə diqqət çəkmişdir.
“Mən çox şadam ki, Azərbaycanda yerli istehsalın inkişafına göstərilən diqqət hər ötən gün daha da artır. Bu prosesin sürətləndirilməsi hər bir sektorda olduğu kimi mebel istehsalında da əlavə iş yerlərinin açılmasına imkan yaradacaq. Biz inanırıq ki, ölkəyə idxal olunan hazır mebellərə tətbiq olunan gömrük rüsumunun artırılması yerli istehsalın inkişafına öz töhfəsini verəcək. Əlavə olaraq yerli istehsalçılar üçün xammal və avadanlıqların gətirilməsinə tətbiq olunmuş gömrük rüsumlarına müvafiq güzəştlər tətbiq olunacaq. Doğrudur, bu gün ölkəyə gətirilən 12 milyard hazır mebelin həcmində 20 milyon azalma müşahidə olunur. Bu da yerli istehsalın artırılmasına olan dəstəyin nəticəsi kimi dəyərləndirir, gələcəkdə yerli mebel istehsalı üzrə rəqəmlərin daha yüksək olacağına inanırıq".
Xarici ölkələr üzrə təcrübəsini paylaşan şirkət rəhbəri bildirdi ki, bir çox xarici ölkələr şirkətlərə onların ölkəsinə yatırım etməyi təklif edirlər. Bunun üçün də ölkəsinə mebel ixrac etmək istəyən xarici mebel istehsalçılarına istənilən dəstəyi göstərməkdə maraqlıdırlar: “Biz bu barədə də öz təkliflərimizi İqtisadiyyat Nazirliyinə vermişik və bu istiqamətdə ölkə iqtisadiyyatının inkişafı üçün doğru addımlar atacaqlarına inanırıq.”
Qeyd edək ki, Qardaşlar mebel şirkəti bu yaxınlarda keçirilən 5-ci dizayn forumunun baş sponsoru qismində çıxış edərək dizayn sahəsinin inkişafına olan dəstəyini göstərmişdir.
İstər fiziki, istərsə də korporativ müştərilərin fərdi istəkləri əsasında mebellər istehsal edən Qardaşlar Mebel şirkəti smart mebellərin istehsalına başladığını açıqlayıb.
Şirkətin rəhbəri Əli Mirzəyev smart mebellərin istehsalının çoxdan planlaşdırılmış bir addım olduğunu söyləyib.
“Mən hesab edirəm ki, texnologiyanın inkişafı mebel sektorundan da yan keçməməlidir. Müxtəlif təyinatlı cihazlar insanların işlərini asanlaşdırdığı kimi biz də öz istehsal etdiyimiz mebellərə müxtəlif funksionallıqlar əlavə etməklə insanların həyatına rahatlıq qatmalıyıq. Bu baxımdan Qardaşlar Mebel şirkəti olaraq insan davranışları əsasında smart mebellər istehsal etməyi qərara almışıq. Biz bu istiqaməti ilkin mərhələdə ofis mebellərinə tətbiq etməyi planlaşdırırıq. Araşdırmalarımız göstərir ki, istər özəl, istərsə də dövlət sektorunda çalışanlar günlərinin çox hissəsini ofisdə oturaq vəziyyətdə keçirir. Bu isə bir çox hallarda həm sağlamlığa, həm də işin keyfiyyətinə ciddi təsir göstərir. Bizim təqdim edəcəyimiz ofis masaları tənzimlənən olduğu üçün insanlar həm oturaq, həm də ayaq üstü formada işlərini görə biləcəklər. Bu da artıq çəkinin yaranması və onurğa sütununda yarana biləcək fəsadların qarşısını almaqda yardımçı olacaqdır".
Şirkət rəhbəri təqdim edəcəkləri ofis masalarına əlavə etdikləri texnoloji üstünlüklər haqqında məlumat verərək bildirib ki, əlavələr insanın gündəlik həyatında lazım olan elementlərdən ibarətdir.
“Əvvəllər ofis mebellərinin məhdud funskionallığı var idisə, indi mebel ilə texnologiyanın vəhdəti sayəsində daha geniş imkanlar yaratmaq mümkündür. Biz ilkin mərhələdə hündürlüyü tənzimlənən ofis masalara noutbuku soyutmaq üçün soyutma sistemi, fincandakı mayeni isti saxlamaq üçün qızdırıcı, telefonun enerjisini doldurmaq üçün naqilsiz qurğu, blutuz ilə çalışan səs sistemi və 2 ədəd USB giriş yeri quraşdırmağı nəzərdə tutmuşuq. Artıq smart mebelin protatipi tərəfimizdən hazırlanmışdır. Sifarişlərin çoxluğundan asılı olaraq istehsal həcmini artırmağa hazırıq. Bu yerli mebel şirkətləri arasında bir ilkdir və biz gələcəkdə bu istiqamət üzrə fəaliyyətimizi genişləndirməyi planlaşdırır, mebel ilə texnologiyanın inteqrasiyasını mebelin digər növlərinə də tətbiq etməyə çalışacağıq”.
Qeyd edək ki, şirkət həmçinin 2020-ci ildə Amerika bazarına mebel satmağı planlaşdırır. Qardaşlar Mebel artıq Amerikada bu istiqamətdə bir neçə şirkətlə danışıqlara start verib. Hal-hazırda Qardaşlar Mebel Azərbaycan üzrə 16 mebel kateqoriyası üzrə təmsil olunmaqdadır.
Azərbaycanda pandemiya olmasına baxmayaraq əvvəlcədən müəyyən olunmuş krizis kommunikasiya planı nəticəsində öz satışlarını artıran Qardaşlar mebel şirkəti sektordakı cari vəziyyəti təhlil etdi.
Şirkətin rəhbəri Əli Mirzəyev bir çox şirkətlərdən fərqli olaraq şəffaf işləmək pandemiya dövründə onlara əlavə sifarişlər gətirdiyini açıqlayıb.
“Qardaşlar mebel üçün şəffaf işləmək hər zaman önəmli olub. Biz bir çox ölkələrdə pandemiya başlayanda bunun ölkəmizdə də olacağını analiz etmişdik. Bizim təhlillərimiz göstərirdi ki, Azərbaycanda mebel sektoru üzrə fəaliyyət göstərən şirkətlər və fərdi şəxslər yaranmış bu vəziyyətə tab gətirə bilməyəcəklər. Bunun nəticəsi olaraq da bir çox şirkətlər və fərdi şəxslər əldə etdikləri sifarişləri tamamlamaqda çətinliklərlə üzləşəcəklər. Bu da öz növbəsində tərəflərarası münasibətlərə çox ciddi təsir göstərəcəkdir.
Əli Mirzəyev hazırda şirkətin fəaliyyəti ilə bağlı da məlumat vərərək bildirib ki, şəffaf işləməklərinin nəticəsi olaraq dövlətdən aldıqları maddi dəstək onların cari vəziyyətlərinin pisləşməsinin qarşısını alıb.
“Biz bilirik ki, şəffaf işləməyin müsbət tərəfləri var və lazımi məqamda dövlət belə şirkətlərə mütləq öz dəstəyini göstərir. Digər tərəfdən isə pandemiya bir daha göstərdi ki, qeyri-şəffaf şəkildə işləyən şirkətlər öz gəlir və xərclərini gizlətməklə özlərini çətin vəziyyətə salırlar. Bu kimi hallara mebel sifariş edən şirkətlər də diqqət etməlidirlər. Sifarişçi şirkətlər öz sifarişlərinin yarımçıq qalmasını istəmirlərsə, bazarda mövcud olan sağlam şirkətlərlə əməkdaşlıq etməyə üstünlük verməlidirlər. Hal-hazırda karantin dövrünün olmasına baxmayaraq, şirkətimiz Operativ Qərargahın qoyduğu qaydalara riayət etməklə yeni sifarişlərin icrası ilə məşğuldur.”
Qeyd edək ki, Qardaşlar mebel şirkəti bu yaxınlarda istehsal etdiyi smart ofis mebelinin sadə versiyasını istehsal etməyi qərarlaşdırıb. Şirkət, sadə versiyada əsas funksionallıqlardan biri olan masa istifadəçinin istəyinə uyğun yuxarı və aşağı istiqamətdə hərəkət etməsi mexanizmini saxlayıb. Smart ofis masaları ilə maraqlan şəxslər (077) 486 – 24 – 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
İstehsal etdiyi mebelləri fürsətlər ölkəsinə ixrac etməyə nail olan Qardaşlar mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.
Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev belə bir vəziyyətdə dövlətimizin yanında olduğunu açıqlayıb. “Azərbaycan hər birimizin vətənidir. Biz bu məsələdə də birləşib dövlətimizə dəstək göstərməliyik. Qardaşlar mebel şirkəti olaraq cənab prezidentin və ordumuzun tutduğu mövqeni dəstəkləyir, tezliklə işğal atında olan torpaqlarımızın azad olacağına inanırıq.”
Şirkət rəhbəri bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırdı. “Bu gün bütün gücümüzü səfərbər edərək dövlətimizin və ordumuzun yanında olmalıyıq. Biz sahibkarlar belə bir vacib məqamda əlimizdən gələni əsirgəməməliyik. Qardaşlar mebel şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab prezidentin və ordumuzun yanındayıq, torpaqlarımızın azad olması üçün əlimizdən gələni etməyə hazırıq.”
Qeyd edək ki, Qardaşlar mebel şirkəti mövcud hərbi vəziyyətlə bağlı ölkə başçısının və müvafiq qurumların qəbul etdiyi bütün qərarları tam olaraq icra etməkdədir.
Maliyyə hesabatlarına şərhlər və qeydlər.
Hazırkı maliyyə hesabatları 31 dekabr 2020-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış məhdud məsuliyyətli cəmiyyətdir.
Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik
Koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorları mövcuddur. Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənlik mövcudur .
|
“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 20.02.2015-ci il tarixdə 1003718621 saylı nömrə ilə qeydiyyata alınmışdır. Cəmiyyət 20.02.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçərək Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 1003718621 saylı VÖEN Şəhadətnamə almışdır. Cəmiyyət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən növbəti dəfə 20.10.2020-ci il tarixdə qeydiyyatdan keçərək növbəti dəfə Dövlət Reyestrindən çıxarış almışdır.
“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyəti öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Hesabat dövrü ərzində Cəmiyyət əsasən mebellərin istehsalı və satışı fəaliyyəti ilə məşğul olmuşdur.
31 dekabr 2020-ci il tarixə və 31 dekabr 2019-cu il tarixə Cəmiyyətin işçilərinin sayı müvafiq olaraq 196 və 125 nəfər olmuşdur.
Cəmiyyətin təsisçisi fiziki şəxs Mirzəyev Əli Məmməd oğludur. Cəmiyyətin nizamnamə kapitalı 3050 (üç min əlli) manat həcmində hər biri 1525 (bir min beş yüz iyirmi beş) manat olmaqla 2 (iki) paydan ibarətdir və təsisçi tərəfindən pul şəklində ödənilmişdir.
Menecment və nəzarət Cəmiyyətin direktoru cənab Əli Məmməd oğlu Mirzəyev tərəfindən aparılır və Cəmiyyətin təsisçilərinə hesabat verir. |
“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Yeni yaşayış massivi 2, ev 37-dir. |
Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur. |
Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.
|
Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.
“QARDAŞLAR MEBEL-3” MMC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın. |
|
Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu Cəmiyyətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).
Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir. Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir. |
|
Əsas vəsaitlər elə maddi aktivlərdir ki:
Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenudən qiymətləndirilməmişdir. Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir. İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir. Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir. Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir. |
|
Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır. Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:
Aktivlərin ləğvedilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir. Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. |
|
Cəmiyyətin qeyri-maddi aktivi 1 C mühasibat proqramından və LOGİX satış proqramından ibarətdir. |
|
Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərirsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:
Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər. |
|
Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:
Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.
Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.
Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müdəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.
Ödəmə müdətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.
Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər. |
|
Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir. |
|
Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. |
|
Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir. |
|
Təsisçi payı kapital kimi təsnifləşdirilir. |
|
Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsion kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir. Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətinədək ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olaması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir. |
|
Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır. Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır. Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifdə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respunlikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır. Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır. |
|
Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:
Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır. |
|
Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:
Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.
Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.
Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur. |
|
Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. |
|
Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir). |
|
Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir. |
Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur. |
Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir. |
Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir. |
Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxa biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur. |
Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır. |
Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır. |
Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birliklə əks etdirilir. |
Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir). |
Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyataları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. |
Cəmiyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:
Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir. |
Cəmiyyətin balansında olan əmlak üçün yenidən qiymətləndirilmə aparılmamışdır. |
Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır. |
|
Binalar |
Maşın və avadanlıq |
Nəqliyyat vasitələri |
Mebel və təsərrüfat inventarları |
Cəmi |
01 yanvar 2019-cu il tarixinə ilkin dəyər |
|
404305,00 |
137800,00 |
|
542105,00 |
Yığılmış amortizasiya |
|
-192870,44 |
-69745,60 |
|
-262616,04 |
01 yanvar 2019-cu il tarixinə balans dəyəri |
|
211434,56 |
68054,40 |
|
279488,96 |
Daxilolmalar |
|
16406,90 |
52300,00 |
|
68706,90 |
Xaricolmalar |
|
|
|
|
|
Amortizasiya ayırmaları |
|
-22202,91 |
-12096,14 |
|
-34299,05 |
Xaricolmalar üzrə yığılmış amortizasiya |
|
|
|
|
|
31 dekabr 2019-cu il tarixinə balans dəyəri |
|
205638,55 |
108258,26 |
|
313896,81 |
31 dekabr 2019-cu il tarixinə ilkin dəyər |
|
420711,90 |
190100,00 |
|
610811,90 |
Yığılmış amortizasiya |
|
-215073,35 |
-81841,74 |
|
-296915,09 |
31 dekabr 2019-cu il tarixinə balans dəyəri |
|
205638,55 |
108258,26 |
|
313896,81 |
01 yanvar 2020-ci il tarixinə ilkin dəyər |
|
420711,90 |
190100,00 |
|
610811,90 |
Yığılmış amortizasiya |
|
-215073,35 |
-81841,74 |
|
-296915,09 |
01 yanvar 2020-ci il tarixinə balans dəyəri |
|
205638,55 |
108258,26 |
|
313896,81 |
Daxilolmalar |
|
54449,58 |
30000,00 |
|
84449,58 |
Xaricolmalar |
|
|
|
|
|
Amortizasiya ayırmaları |
|
-26089,95 |
-13725,39 |
|
-39815,34 |
Xaricolmalar üzrə yığılmış amortizasiya |
|
|
|
|
|
31 dekabr 2020-ci il tarixinə balans dəyəri |
|
233998,18 |
124532,87 |
|
358531,05 |
31 dekabr 2019-cu il tarixinə ilkin dəyər |
|
475161,48 |
220100,00 |
|
695261,48 |
Yığılmış amortizasiya |
|
-241163,30 |
-95567,13 |
|
-336730,43 |
31 dekabr 2020-ci il tarixinə balans dəyəri |
|
233998,18 |
124532,87 |
|
358531,05 |
|
Proqram məhsulları |
Lisenziyalar |
Cəmi |
01 yanvar 2019-cu il tarixinə ilkin dəyəri |
19500,00 |
0 |
19500,00 |
Yığılmış amortizasiya |
-1950,00 |
0 |
-1950,00 |
01 yanvar 2019-cu il tarixinə qalıq dəyəri |
17550,00 |
0 |
17550,00 |
Daxilolmalar |
0 |
0 |
0 |
Xaricolmalar |
0 |
0 |
0 |
Amortizasiya ayırmaları |
-3510,00 |
0 |
-3510,00 |
31 dekabr 2019-cu il tarixinə ilkin dəyəri |
19500,00 |
0 |
19500,00 |
Yığılmış amortizasiya |
-5460,00 |
0 |
-5460,00 |
31 dekabr 2019-cu il tarixinə qalıq dəyəri |
14040,00 |
0 |
14040,00 |
Daxilolmalar |
14042,00 |
0 |
14042,00 |
Xaricolmalar |
0 |
0 |
0 |
Amortizasiya ayırmaları |
-5616,00 |
0 |
-5616,00 |
31 dekabr 2020-ci il tarixinə ilkin dəyəri |
33542,00 |
0 |
33542,00 |
Yığılmış amortizasiya |
-11076,00 |
“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə
Rəy
Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.
Rəy üçün əsaslar
Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik
Mən diqqəti “QARDAŞLAR MEBEL-3” MMC-nin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdim. İzahedici qeydlərdə hazırki şəraitdə “QARDAŞLAR MEBEL-3” MMC-nin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.
Əsas audit məsələləri
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyəti fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Sərbəst auditor
Hacı-Əzizov İlham İsfəndiyar oğlu
Bakı şəhəri, Azərbaycan Respublikası
09 mart 2021-ci il
"QARDAŞLAR MEBEL-3" Məhdud Məsuliyyətli Cəmiyyəti Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 Dekabr 2020-ci il
(Azərbaycan manatı ilə)
|
Qeydlərə istinad |
2020 |
2019 |
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti |
|
|
|
Hesabat dövründə xalis mənfəət və ya zərər |
18 |
689347.14 |
1087258.52 |
Aşağıdakı maddələr üzrə düzəlişlər: |
|
|
|
amortizasiya |
|
45431.34 |
37809.05 |
azlıq təşkil edən mülkiyyətçilərin payı |
|
|
|
fövqəladə gəlirlər və xərclər |
|
|
|
mənfəət vergisi üzrə xərclər |
|
|
|
qeyri-pul maddələri üzrə gəlirlər və xərclər |
|
|
|
investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr |
|
|
|
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər: |
|
|
|
ehtiyatlar |
|
-479189.45 |
-59753.37 |
əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri |
|
-84731.00 |
-224847.61 |
əməliyyat kreditor borcları və hesablaşmalar |
|
-1617235.50 |
1564825.55 |
digər aktivlərin azalması (artması) |
|
|
|
digər öhdəliklzrin (azalması) artması |
|
110203.49 |
224847.61 |
Əməliyyat fəaliyyətinə aid fövqəladə pul vəsaitlərinin hərəkəti |
|
1290251.22 |
-996607.30 |
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi |
|
|
|
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti |
|
-45922.76 |
1633532.45 |
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti |
|
|
|
Komisyon yığımları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də, uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən kapitallaşdırılmayan məsrəfləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları |
|
-98491.58 |
-68706.90 |
Uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Törəmə, asılı və birgə müəssisələrdə investisiyaların əldə olunması ilə bağlı pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Törəmə, asılı və birgə müəssisələrdə investisiyaların satışından yaranan pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların geri qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Dividentlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları |
|
|
|
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları |
|
|
|
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti |
|
-98491.58 |
-68706.90 |
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti |
|
|
|
Səhmlərin və digər oxşar alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Müəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması məqsədilə pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxilolmaları |
|
|
|
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları |
|
3000.00 |
|
Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Maliyyə icarəsi müqavilələrinin şərtlərin ə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Dividentlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları |
|
|
|
Faizlər şəklində rul vəsaitlərinin xaricolmaları |
|
|
|
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar fövqəladə xaricolmalar və daxilolmalar |
|
|
|
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti |
|
3000.00 |
|
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması) |
|
-141414.34 |
1564825.55 |
Pul vəsaitləri və onların ekvivalentlərinin hərəkəti |
|||
|
2020 |
2019 |
|
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği |
1617235.50 |
52409.95 |
|
İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması) xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri |
-141414.34 |
1564825.55 |
|
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı |
1475821.16 |
1617235.50 |
Ölkənin yerli mebel istehsalçılarından olan “Gardashlar Mebel” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrildiyini elan edib.
2015-ci ildə yaranmış Gardashlar Mebel şirkəti yerli mebel istehsalında öz sözünü deyib. 17 kateqoriya mebel istehsalı ilə məşğul olan Fabrik istehsal gücünü artırmaq məqsədilə müasir avadanlıqlarla təchiz olunmaqdadır.
Gardashlar Mebel özəl layihələr əsasında təhsil mərkəzləri, hərbi hissələr, səhiyyə ocaqları, otel və restoran, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin istehsalını həyata keçirməkdədir. Şirkətin texnoloji yeniliklərə və insan kapitalına etdiyi yatırımlar mebel sektorunda daha keyfiyyətli və dövrun tələbinə uyğun məhsullar istehsal etməyə imkan yaradır.
200-dən çox daimi işçi heyəti olan Fabrik 6 il müddətində 300-dən çox layihə icrasına imza atmışdır.
Azərbaycanda ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində daim texnoloji həll yolları təqdim edən Gardashlar Mebel Şirkəti artıq 1 ildir ki, Amerikaya mebel ixrac edərək, “Made in Azerbaijan” adı altında xarici alıcıların rəğbətini qazanır.
“Gardashlar Mebel” istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilmişdir. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001: 2008 və İSO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülüb.
Ölkənin aparıcı mebel istehsalçılarından olan “Gardashlar Mebel” QSC adından sui-istifadə edərək, Vətəndaşlara mebel satan qeyri-rəsmi müəssisələrin sayı artmaqdadır.
Şirkətin Çağrı mərkəzinə daxil olan çoxsaylı şikayət müraciətləri əsasında aşkarlanmış bu hal səbəbilə Gardashlar Mebel öz alıcılarını diqqətli olmağa dəvət edir.
Şirkətin Direktor müavini Mahal Göyüşov Marja.az-a müsahibəsində bildirib ki, vətəndaşlara özünü Gardashlar Mebel nümayəndəsi olaraq təqdim edən şəxslər qeyri-rəsmi sifariş götürərək, etibarımızı zədələməyə çalışır. Bu kimi halların qarşısının alınması üçün alıcı kütləmizi diqqətlə olmağa dəvət edirik. Qeyd edək ki, Fabrikimizin istehsal etdiyi hər bir məhsulun üzərində şirkətimizin Loqosunu əks etdirən etiket mövcuddur. Bununla yanaşı, Satış nümayəndələrimizin hər biri Gardashlar Mebelin nümayəndəsi olduğunu təsdiq edən vəsiqələrdən istifadə edirlər. Vətəndaşlar özünü Gardashlar Mebel nümayəndəsi kimi təqdim edən anonim şəxslərdən həmin vəsiqəni tələb edə bilərlər.
Qeyd edək ki, Gardashlar Mebel şirkətinin hal-hazırda ölkə üzrə iki sərgi mağazası mövcuddur. Onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F ünvanında yerləşir.
Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medallarını təqdim edib.
“Tərəqqi” medalı təqdim olunan gənc sahibkarlardan biri də "Qardaşlar Mebel" QSC-nin təsisçisi Əli Mirzəyevdir.
2015-ci ildə yaranmış Qardaşlar mebel fabriki yerli mebel istehsalında daim yenilikləri ilə seçilən, 17 kateqoriyadan çox mebel istehsalı ilə məşğul olan müəssisədir.
340-dan çox daimi işçi heyəti olan fabrik 7 il müddətində 350-dən çox layihə icrasına imza atmışdır.
Azərbaycanda ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində daim texnoloji həll yolları təqdim edən "Qardaşlar Mebel" QSC 2020-ci ildən etibarən Amerikaya mebel ixrac edərək, “Made in Azerbaijan” adı altında xarici alıcıların rəğbətini qazanaraq ölkə iqtisadiyyatına öz töhfəsini verir.
Ətraflı: "Qardaşlar Mebel" şirkətinin təsisçisinə “Tərəqqi”medalı təqdim olundu | marja.az
Azərbaycanda mebel sənayesinin liderlərindən olan Gardashlar Mebel, müştəri məmnuniyyətini və istehsal proseslərinin şəffaflığını artırmaq məqsədilə yeni ERP (Enterprise Resource Planning) platformasını istifadəyə verəcək. Bu addım, şirkətin müştəri xidmətlərini daha da mükəmməlləşdirmək və istehsal proseslərini daha şəffaf etmək məqsədini güdür.
Gardashlar Mebel şirkətinin rəhbəri Əli Mirzəyev ERP sistemlərinin tətbiqi ilə bağlı qeyd edib:
"Yeni ERP platformamız vasitəsilə müştərilərimiz sifarişlərinin hər mərhələsini canlı olaraq izləyə biləcəklər. İstehsal prosesinin hansı mərhələdə olduğunu bir kliklə öyrənmək imkanı yaradacağıq. Bu, müştərilərimizə istehsal prosesinin bir hissəsi olma imkanı verərək, onların arxayınlığını artıracaq."
ERP sistemlərinin digər üstünlükləri də diqqətəlayiqdir. Şirkət rəhbərinin sözlərinə görə, ERP sistemləri istehsal proseslərini daha effektiv və səmərəli idarə etməyə imkan tanıyır. Resursların düzgün planlanması və idarə edilməsi nəticəsində məhsuldarlıq artır və xərclər azalır. ERP sistemlərinin istifadəsi şirkətlərin innovativ həllər təqdim etməsinə və rəqabət üstünlüyü qazanmasına kömək edir. Bu sistemlər müasir texnologiyaların tətbiqi ilə istehsal proseslərini təkmilləşdirir və müştərilərə daha yaxşı xidmət göstərməyə imkan tanıyır.
Gardashlar Mebel, ERP sistemlərinin tətbiqi ilə müştəri məmnuniyyətində yeni bir dövr açaraq, Azərbaycanda mebel sənayesindəki öncül mövqeyini daha da möhkəmləndirir. Şirkət həm yerli, həm də beynəlxalq bazarlarda "Made in Azerbaijan" markası altında uğurla fəaliyyət göstərir.
ERP platforması 2024-cü ilin sonunda təqdim olunacaq və 2025-ci ildən istifadəyə veriləcək. Sistem, Global Technology Services və Prospect şirkətləri tərəfindən hazırlanır və layihənin bir hissəsi Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən maliyyələşdirilir.
Qeyd edək ki, 2025-ci ilin əvvəlində istehlakçılar və media nümayəndələri üçün Gardashlar Mebel tərəfindən Platformanın təqdimat mərasimi keçiriləcək.
Gardashlar Mebel haqqında daha ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz.
Müasir iş dünyasında uğur qazanmaq üçün daim hərəkətdə olmaq vacibdir. Lakin iş çoxluğu və məsuliyyətlər bizi saatlarla oturaq iş rejiminə məcbur edir. Bu vəziyyət, xüsusən də idarəçilər və sahibkarlar üçün sağlamlıq problemləri yarada bilər. Daimi oturaq şəkildə işləmək onurğa xəstəliklərinə, xüsusilə də bel və boyun nahiyələrində ağrılara səbəb ola bilər. “Gardashlar Mebel” bu problemi həll etmək üçün rəhbər şəxsləri yeni nəsil Smart masalarımızdan istifadə etməyə dəvət edir.
“Gardashlar Mebel” şirkətinin təsisçisi Əli Mirzəyev: “Smart masa mənim də seçimimdir”
“Gardashlar Mebel”in rəhbəri Ali Mirzəyev də Smart masadan istifadə edir və şəxsi təcrübəsi əsasında bütün idarəçiləri bu yeniliyə çağırır.
O bildirir: “Gardashlar Mebel” olaraq, avtomatik tənzimlənən smart masaları yalnız işçilər və menecerlər üçün deyil, həm də rəhbər şəxslər üçün təklif edirik. Smart masa sayəsində həm sağlamlığmızı qoruya, həm də iş məhsuldarlığımı artıra bilərik. Bu masalar iş rejimimizi dəyişdirərək, daha balanslı və sağlam həyat tərzinə keçməyimizə kömək edir. Smart mexanizmi biz mövcud rəhbər masalarına inteqrasiya edirik, bu da həm funksionallığı artırır, həm də masa dizaynını qoruyur. “Gardashlar Mebel”, yalnız hündürlüyü tənzimlənən Smart masalarla kifayətlənmir, həm də texnoloji funksiyalarla zənginləşdirilmiş modellər təklif edir. Bu masalar fincan isidici, noutbuk soyuducu, Bluetooth musiqi səsgücləndirici və simsiz şarj kimi funksiyalarla təchiz edilib. Bu xüsusiyyətlər idarəçilərə daha rahat və səmərəli iş mühiti təmin edir, həm sağlamlıq, həm də iş məhsuldarlığını artırır.”
Sizə uyğun masanı seçmək və ya mövcud masanızı Smart masa ilə əvəz etmək üçün bizimlə əlaqə saxlayın.
Əlaqə nömrəsi – 077 452 24 22
(®) Səhiyyə sektoru, müasir dövrdə xəstələrin rahatlığı və sağlamlığını təmin etmək üçün xüsusi mebel həllərinə ehtiyac duyur. Gardashlar Mebel olaraq, bu ehtiyacları qarşılamaq üçün geniş çeşiddə səhiyyə mebelləri istehsal edirik.
İstehsal etdiyimiz mebellər arasında avtomatik və matorlu tibbi çarpayılar, sabit çarpayılar, əlil arabaları, tibbi xərəklər, alət dolabları, şırmalar, masaj tapcanları və laboratoriya mebelləri və s. mövcuddur. Bütün məhsullarımız beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunur və sanitariya və təhlükəsizlik qaydalarına cavab verir.
Fabrikimiz bir çox səhiyyə müəssisələri və klinikalar ilə əməkdaşlıq edərək, onların spesifik tələblərinə uyğun xüsusi mebel həlləri təqdim edir. Həm dövlət xəstəxanaları, həm də özəl tibbi mərkəzlər üçün 100-dən çox uğurlu layihəyə imza atmışdır. Bu layihələr, müştərilərin ehtiyaclarını dərinləşdirərək, mükəmməl səhiyyə mühitinin yaradılmasına xidmət edir.
Səhiyyə mebellərindən ibarət olan mağazamızda, müştərilərimizə geniş seçim imkanı təqdim edirik. Məqsədimiz, hər bir Səhiyyə müəssisəsinin tələblərinə uyğun estetik və funksional həllər təqdim etməkdir. Gardashlar Mebel, müasir texnologiyaların tətbiqi ilə istehsal prosesini daima yeniləyir.
Səhiyyə mebelləri mağazamızın ünvanı:
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F.
Ətraflı məlumat: 077 486 24 22