Nə axtarırsan?

2024-09-11

Mebellərin istifadə qaydası

Mebellərin uzunömürlü və funksional qalması üçün düzgün istifadə və qayğı göstərmək vacibdir. Mebel təmizliyi düzgün şəkildə aparıldıqda, mebelin ömrü uzanır və evinizin estetik görünüşü qorunur. Təmizliyin əsas qaydalarından biri, materialın növünə uyğun təmizləyici vasitələrdən istifadə etməkdir. Yumşaq mebellərin təmizliyi zamanı nəm bez və yumşaq fırçalar istifadə edilməli, kimyəvi maddələrə ehtiyac duyulursa, zərərsiz məhsullar seçilməlidir. Mebel təmizliyi zamanı xüsusilə ləkələrin erkən mərhələdə təmizlənməsi vacibdir ki, dərin ləkələr yaranmasın. Həmçinin, müntəzəm olaraq toz almaq və dəri mebellərdə xüsusi baxım kremlərindən istifadə etmək, onların parlaqlığını və elastikliyini qoruyur.

 

 

 

Fıstıq, görüş, palıd, lapan və şam ağacından olan mebellərin istifadə qaydaları

 

1. Təmizlik: Ağac mebellər mütəmadi olaraq yumşaq bir parça ilə tozdan təmizlənərsə, bu onların daha uzunömürlü istifadə olunmasına zəmin yarada bilər. Mebelin üzərindəki kiri təmizləmək üçün xüsusi ağac təmizləyicilərindən istifadə etmək tövsiyə olunur.

    

2. Nəm və su: Mebel modelləri üçün nəzərdə tutulan istifadə qaydalarından biri də onların su və nəmdən mühafizə olunmasıdır. Su və nəm, ağacın şişməsinə və deformasiya olmasına səbəb ola bilər. Ona görə də mebelin üzərinə maye töküldükdə dərhal silin və mebeli nəm mühitdən uzaq tutun.

 

3. İstilik və günəş işığı: Mebel modelləri müxtəlif materiallardan hazırlanılır. Hər bir material üçün istifadə qaydaları dəyişir. Ağac mebelləri birbaşa günəş işığından və yüksək temperaturdan qoruyun. Uzun müddət günəşə məruz qalan mebel ağacın rənginin solmasına və materialın zədələnməsinə səbəb ola bilər.

 

4. Sərt əşyalar və kəsici alətlər: Ağac mebellər üzərinə sərt əşyalar və kəsici alətlər qoyulduğu təqdirdə cızıqlara məruz qala bilər. Çizilmələrin qarşısını almaq üçün qoruyucu örtüklərdən istifadə edin.

 

5. Qoruyucu örtüklər: Mebel modelləri  müxtəlif üsullarla qoruna bilər. Onlardan biri də xüsusi ağac örtükləri və ya yağlardan istifadə etməkdir. Bu, ağacın təbii yağlarının qorunmasına kömək edəcək və ömrünü uzadacaq.

 

6. Rütubət: Ağac mebelləri yüksək rütubət və ya çox quru mühitlərdən qoruyun. Mebellər düzgün istifadə edilmədikdə, tez zamanda xarab ola bilər. Yüksək rütubət ağacın şişməsinə və çürüməsinə səbəb ola bilər, çox quru mühit isə çatlamaya səbəb ola bilər.

 

7. Müntəzəm yoxlama: Mebelin döşəmələrini və digər hissələrini müntəzəm olaraq yoxlayın. Ağacda yaranan çatlaqları və zədələri vaxtında düzəltmək, onun uzunömürlülüyünü təmin edəcəkdir.

 

Mebellərin düzgün istifadə qaydalarından biri də quraşdırımasıdır. Xüsusilə hərəkətli hissələri olan mebellər, misal üçün qonaq otağı mebelləri, yataq mebelləri, mətbəx mebelləri kimi çəkməcələrə sahib olan mebellər düzgün quraşdırılmadıqda zamanla sıradan çıxa bilər. Ayrıca, mebeli düz və sabit səthlərdə yerləşdirmək balanssızlıq və sallanmanın qarşısını alar.

Faydalı Linklər

>