Nə axtarırsan?
Ofis kresloları müxtəlif materiallardan istehsal olunur. Hər bir materialın xüsusi təmizlənmə qaydası vardır. Bu qaydalara riayət etməklə, siz mebellərinizin istifadə ömrünü uzada bilərsiniz. Ofis kreslolarından düzgün istifadə etmədikdə və ya müvafiq qayğı göstərilmədikdə, onların vaxtından əvvəl sıradan çıxması qaçınılmazdır. Kresloların sınmasının əsas səbəbləri aşağıdakılardır:
1. Çox Yük
Ofis kreslosu seçimi zamanı onun götürə biləcəyi çəki barədə maraqlanın. Kreslonun dizayn edildiyi maksimum çəki həddini aşmaq sınmasına səbəb ola bilər. Bu, xüsusilə daha ağır çəkili istifadəçilər üçün problem yarada bilər. Ofis kreslosu seçərkən onun yükqaldırma qabiliyyətini nəzərə almaq vacibdir.
2. Zamanla Aşınma
Ofis üçün kreslolar uzun müddət istifadə edildikdə, onların mexanizmləri, bərkidiciləri və materialları aşınır. Bu aşınma müəyyən bir müddətdən sonra kreslonun sınmasına səbəb ola bilər.
3. Yanlış İstifadə
Ofis kreslomodelləri düzgün istifadə edilmədikdə, məsələn, onun üzərində oturmaq əvəzinə ayaq üstə çıxmaq, kreslonu yerə atmaq və ya düzgün şəkildə yığmamaq tez bir zamanda zədələnməyə səbəb ola bilər.
4. Mexaniki Problemlər
Ofis kreslosu modelleri çoxu dönən və tənzimlənən mexanizmlərlə təchiz olunub. Bu mexanizmlər düzgün işləmədikdə və ya lazımi vəziyyətdə saxlanılmadıqda, kreslonun sınma ehtimalı artır.
5. Yanlış Baxım
Ofis kreslonun müntəzəm olaraq yoxlanmaması, bərkidicilərin boş qalması və mexanizmlərin yağlanmaması kimi səbəblər kreslonun ömrünü qısalda bilər.
Bu səbəblərdən biri və ya bir neçəsinin birləşməsi nəticəsində ofis kreslosu sıradan çıxa bilər. Kresloların ömrünü uzatmaq üçün keyfiyyətli modellər almaq, onları düzgün istifadə etmək və müntəzəm olaraq baxım göstərmək vacibdir.