Nə axtarırsan?

5 Mebellərdən istifadə qaydası

Mebellərdən istifadə qaydası

Mebellərin istifadə qaydası
2024-09-11
Mebellərin istifadə qaydası

Mebellərin uzunömürlü və funksional qalması üçün düzgün istifadə və qayğı göstərmək vacibdir. Mebel təmizliyi düzgün şəkildə aparıldıqda, mebelin ömrü uzanır və evinizin estetik görünüşü qorunur. Təmizliyin əsas qaydalarından biri, materialın növünə uyğun təmizləyici vasitələrdən istifadə etməkdir. Yumşaq mebellərin təmizliyi zamanı nəm bez və yumşaq fırçalar istifadə edilməli, kimyəvi maddələrə ehtiyac duyulursa, zərərsiz məhsullar seçilməlidir. Mebel təmizliyi zamanı xüsusilə ləkələrin erkən mərhələdə təmizlənməsi vacibdir ki, dərin ləkələr yaranmasın. Həmçinin, müntəzəm olaraq toz almaq və dəri mebellərdə xüsusi baxım kremlərindən istifadə etmək, onların parlaqlığını və elastikliyini qoruyur.

 

 

 

Fıstıq, görüş, palıd, lapan və şam ağacından olan mebellərin istifadə qaydaları

 

1. Təmizlik: Ağac mebellər mütəmadi olaraq yumşaq bir parça ilə tozdan təmizlənərsə, bu onların daha uzunömürlü istifadə olunmasına zəmin yarada bilər. Mebelin üzərindəki kiri təmizləmək üçün xüsusi ağac təmizləyicilərindən istifadə etmək tövsiyə olunur.

    

2. Nəm və su: Mebel modelləri üçün nəzərdə tutulan istifadə qaydalarından biri də onların su və nəmdən mühafizə olunmasıdır. Su və nəm, ağacın şişməsinə və deformasiya olmasına səbəb ola bilər. Ona görə də mebelin üzərinə maye töküldükdə dərhal silin və mebeli nəm mühitdən uzaq tutun.

 

3. İstilik və günəş işığı: Mebel modelləri müxtəlif materiallardan hazırlanılır. Hər bir material üçün istifadə qaydaları dəyişir. Ağac mebelləri birbaşa günəş işığından və yüksək temperaturdan qoruyun. Uzun müddət günəşə məruz qalan mebel ağacın rənginin solmasına və materialın zədələnməsinə səbəb ola bilər.

 

4. Sərt əşyalar və kəsici alətlər: Ağac mebellər üzərinə sərt əşyalar və kəsici alətlər qoyulduğu təqdirdə cızıqlara məruz qala bilər. Çizilmələrin qarşısını almaq üçün qoruyucu örtüklərdən istifadə edin.

 

5. Qoruyucu örtüklər: Mebel modelləri  müxtəlif üsullarla qoruna bilər. Onlardan biri də xüsusi ağac örtükləri və ya yağlardan istifadə etməkdir. Bu, ağacın təbii yağlarının qorunmasına kömək edəcək və ömrünü uzadacaq.

 

6. Rütubət: Ağac mebelləri yüksək rütubət və ya çox quru mühitlərdən qoruyun. Mebellər düzgün istifadə edilmədikdə, tez zamanda xarab ola bilər. Yüksək rütubət ağacın şişməsinə və çürüməsinə səbəb ola bilər, çox quru mühit isə çatlamaya səbəb ola bilər.

 

7. Müntəzəm yoxlama: Mebelin döşəmələrini və digər hissələrini müntəzəm olaraq yoxlayın. Ağacda yaranan çatlaqları və zədələri vaxtında düzəltmək, onun uzunömürlülüyünü təmin edəcəkdir.

 

Mebellərin düzgün istifadə qaydalarından biri də quraşdırımasıdır. Xüsusilə hərəkətli hissələri olan mebellər, misal üçün qonaq otağı mebelləri, yataq mebelləri, mətbəx mebelləri kimi çəkməcələrə sahib olan mebellər düzgün quraşdırılmadıqda zamanla sıradan çıxa bilər. Ayrıca, mebeli düz və sabit səthlərdə yerləşdirmək balanssızlıq və sallanmanın qarşısını alar.

Ofis kreslolarından düzgün istifadə
2024-09-11
Ofis kreslolarından düzgün istifadə

Ofis kresloları müxtəlif materiallardan istehsal olunur. Hər bir materialın xüsusi təmizlənmə qaydası vardır. Bu qaydalara riayət etməklə, siz mebellərinizin istifadə ömrünü uzada bilərsiniz. Ofis kreslolarından düzgün istifadə etmədikdə və ya müvafiq qayğı göstərilmədikdə, onların vaxtından əvvəl sıradan çıxması qaçınılmazdır. Kresloların sınmasının əsas səbəbləri aşağıdakılardır:

 

 1. Çox Yük

Ofis kreslosu seçimi zamanı onun götürə biləcəyi çəki barədə maraqlanın. Kreslonun dizayn edildiyi maksimum çəki həddini aşmaq sınmasına səbəb ola bilər. Bu, xüsusilə daha ağır çəkili istifadəçilər üçün problem yarada bilər. Ofis kreslosu seçərkən onun yükqaldırma qabiliyyətini nəzərə almaq vacibdir.

 

 2. Zamanla Aşınma

Ofis üçün kreslolar uzun müddət istifadə edildikdə, onların mexanizmləri, bərkidiciləri və materialları aşınır. Bu aşınma müəyyən bir müddətdən sonra kreslonun sınmasına səbəb ola bilər.

 

 3. Yanlış İstifadə

Ofis kreslomodelləri düzgün istifadə edilmədikdə, məsələn, onun üzərində oturmaq əvəzinə ayaq üstə çıxmaq, kreslonu yerə atmaq və ya düzgün şəkildə yığmamaq tez bir zamanda zədələnməyə səbəb ola bilər.

 

 4. Mexaniki Problemlər

Ofis kreslosu modelleri çoxu dönən və tənzimlənən mexanizmlərlə təchiz olunub. Bu mexanizmlər düzgün işləmədikdə və ya lazımi vəziyyətdə saxlanılmadıqda, kreslonun sınma ehtimalı artır.

 

 5. Yanlış Baxım

Ofis kreslonun müntəzəm olaraq yoxlanmaması, bərkidicilərin boş qalması və mexanizmlərin yağlanmaması kimi səbəblər kreslonun ömrünü qısalda bilər.

 

Bu səbəblərdən biri və ya bir neçəsinin birləşməsi nəticəsində ofis kreslosu sıradan çıxa bilər. Kresloların ömrünü uzatmaq üçün keyfiyyətli modellər almaq, onları düzgün istifadə etmək və müntəzəm olaraq baxım göstərmək vacibdir.

Metal mebellərdən istifadə qaydaları
2024-09-11
Metal mebellərdən istifadə qaydaları

Metal mebellər düzgün istifadə olunduqda, istifadə ömürləri daha uzun olur. Bu mebellər xüsusi qaydalara uyğun olaraq qorunmalı və təmizlənməlidir. Metal mebel modelləri müxtəlif sahələrdə istifadə oluna bildiyi üçün onlar geniş seçim imkanına sahibdir. Bu mebellər yağışdan, nəmdən qorunmalıdır. Əks halda istifadə ömrü az olur. Bəs metal mebellər necə təmizlənməli və qorunmalıdır? Gəlin, birlikdə tanış olaq:

 

 1. Təmizlik

- Metal mebellər mütəmadi olaraq tozdan təmizlənməlidir. Bunun üçün yumşaq bir parça və zərərsiz təmizləyici vasitələr istifadə edin.

 

 2. Rütubətə Qarşı Qoruma

- Metal mebelləri rütubətli mühitlərdən uzaq tutmağınız lazımdır. Çünki metal mebel modelləri rütubət metalın korroziyaya məruz qalmasına səbəb ola bilər.

 

 3. Çiziklərdən Qoruma

- Metal mebellərin üzərinə sərt əşyalar qoymamaq və onları hərəkət etdirərkən diqqətli olmaq lazımdır. Cızıqlar metalın estetik görünüşünü poza bilər.

 

 4. Düzgün Saxlanma

- Metal mebelləri uzun müddət saxlamaq istəyirsinizsə, onları quru və kəsici materiallardan uzaq bir mühitdə saxlayın.

 

 5. Korroziyaya Qarşı Mübarizə

- Metal mebel modellərində korroziya əlamətləri gördükdə, dərhal tədbir görün. Paslanmaya qarşı xüsusi boyalar və ya örtüklər istifadə edə bilərsiniz.

 

 6. Quruluş və Montaj

- Metal mebellərin montajı zamanı tərkib hissələrinin düzgün yerləşdirilməsinə diqqət yetirin. Düzgün montaj mebelin sabitliyini təmin edər.

 

 7. Qaydalara Uyğun İstifadə

- Metal mebellər təlimatlarına uyğun olaraq istifadə edilməlidir. Yük daşıma və istifadə qaydalarına əməl etmək, mebelin ömrünü uzadar.

 

Sadaladığımız bu qaydalara riayət edərək, metal mebellərinizin ömrünü uzada və onların funksionallığını uzun müddət qoruyub saxlaya bilərsiniz. Metal mebellərin uzunömürlü olması üçün onların müntəzəm təmizliyi və düzgün baxımı vacibdir. Metal səthləri quru və təmiz saxlamaq əhəmiyyətlidir. Mebellərinizi rütubətli mühitdə saxlamayın və su ilə təmasdan uzaq tutun.

Boyalı və şponlu mebellərdən uzun müddət düzgün və estetik şəkildə istifadə qaydaları
2024-09-11
Boyalı və şponlu mebellərdən uzun müddət düzgün və estetik şəkildə istifadə qaydaları

 1. Təmizlik və Baxım

- Müntəzəm Tozunu Alın: Boyalı və şponlu mebellərin səthində toz yığılmasına imkan verməyin. Hər bir mebel yaxşı olardı ki, mütəmadi olaraq tozdan təmizlənsin. Mebelin üzərini yumuşaq bir bezlə təmizləyin.

- Nəmli Bezdən İstifadə Edin: Təmizləmə zamanı azca nəmli, yumşaq bir bez istifadə edin. Bezin çox nəmlənməməsinə diqqət edin, çünki su boyanın və ya şponun altına sızaraq zədələnməyə səbəb ola bilər.

- Kimyəvi Təmizləyicilərdən Qaçının: Mebelin təmizlənmə qaydalarından biri də güclü kimyəvi təmizləyicilərdən və abraziv materiallardan istifadə etməməkdir. Çünki bunlar Boyalı mebel səthinə zərər verə bilər. Xüsusilə alkoqol, aseton və ammonyak tərkibli maddələrdən çəkinin.

- Mebel Mumları və Parlatıcılar: Şponlu mebel səthlərini qorumaq üçün mebel mumları və ya parlatıcılar istifadə edə bilərsiniz, lakin bunu çox tez-tez etməməyə diqqət edin. Hər bir mebel modeli bu qaydalar diqqətə alınaraq təmizlənməlidir.

 

 2. Nəmdən və Sudan Qoruma

- Su ilə Təmasdan Qaçının: Şponlu və boyalı mebelləri su ilə birbaşa təmasdan qoruyun. Suyun səthdə uzun müddət qalmasına imkan verməyin, çünki bu, boyanın soyulmasına və ya şponun şişməsinə səbəb ola bilər.

- Nəmdən Qoruyun: Mebellərin yerləşdirildiyi otaqların nəmlik səviyyəsinə nəzarət edin. Yüksək nəmlik nəticəsində Boyalı mebellər deformasiyaya məruz qala bilər.

 

 3. Günəş İşığından Qoruma

- Birbaşa Günəş İşığından Çəkinin: Şponlu və boyalı mebelləri birbaşa günəş işığı altında saxlamayın. Günəş işığı rəngin solmasına və materialların zəifləməsinə səbəb ola bilər. Mebelinizin günəş işığına məruz qalan hissələrini örtü və ya pərdə ilə qoruyun. Xüsusilə, günəş işığına məruz qalan mebellər bağ mebelləri ola bilər.

 

 4. İstilikdən Mühafizə

- İstidən Uzaq Saxlayın: Şpon və boyalı mebelləri radiatorlar, sobalar və digər istilik mənbələrindən uzaq saxlayın. Yüksək istilik materialların çatlamasına və ya bükülməsinə səbəb ola bilər. İstiliyə məruz qala biləcək mebellər mətbəx mebelləri, masa dəstləri ola bilər.

- İsti Əşyaları Birbaşa Səthə Qoymayın: İsti qazan, stəkan və ya digər əşyaları birbaşa mebelin səthinə qoymayın. Həmişə istiliyə davamlı altlıqlardan istifadə edin. Xüsusilə, mətbəx mebelləri üçün bu faktorları nəzərə almağınızı tövsiyyə edirik.

 

 5. Mebel Dizaynına Dəstək

- Mebeli Doğru Yerləşdirin: Mebelin dayanıqlı və düz bir səth üzərində yerləşdirildiyinə əmin olun. Bu, mebelin deformasiya olmasının və ya qırılmasının qarşısını alır.

- Ağır Əşyaları Düzgün yerləşdirin: Bu, mebelin balansını qorumağa və onun uzunömürlülüyünü təmin etməyə kömək edəcək.

 

 6. Düzgün İstifadə

- Kəskin Əşyalardan Çəkinin: Boyalı və şponlu səthlərə kəskin əşyalarla toxunmayın və ya bunları birbaşa səth üzərində istifadə etməyin. Mətbəx dəzgahı, mətbəx masası üzərində bıçaq və ya daha kəskin əşyaların istifadəsi zamanı diqqətli olun.

- Daimi Diqqət: Mebelinizi vaxtaşırı yoxlayın. Zədələnmə və ya aşınma aşkar etdikdə, dərhal tədbir görün.

 

Bu qaydalara riayət etməklə, boyalı və şponlu mebellərinizin ömrünü uzadaraq estetik görünüşünü uzun müddət qoruya bilərsiniz.

Divan (Yumşaq) mebellərdən düzgün istifadə qaydaları
2024-09-11
Divan (Yumşaq) mebellərdən düzgün istifadə qaydaları

Hər bir mebelə xüsusi diqqətlə yanaşmaq lazımdır. Divanların səthini təmiz saxlamaq üçün nəm, lakin çox islanmamış bir bezdən istifadə edərək təmizləmək mümkündür.  Kimyəvi maddələrdən yerinə mebelin materialına uyğun xüsusi təmizləyicilər seçin. Ləkələrin dərhal təmizlənməsi vacibdir, əks halda səthdə qalıcı zədələr yarana bilər. Bundan başqa Divanları birbaşa günəş işığından uzaq tutmaq tövsiyə olunur, çünki günəş şüaları rəngin solmasına və materialların zədələnməsinə səbəb ola bilər.

 

1. Təmizlik

- Mebel parçalarını mütəmadi olaraq təmizləyin. Dəyişən örtüklərin və döşəmələrin təmizliyinə xüsusi diqqət yetirin. Yuyula bilən örtükləri istifadə etməzdən əvvəl təlimatlara baxmaq vacibdir. Yumuşaq mebellər adətən örtüklər vasitəsilə mühafizə oluna bilir. Bundan əlavə, Yumşaq mebellərin kimyəvi təmizliyi, mebelin uzunömürlü və təmiz qalması üçün mütəmadi olaraq aparılması vacib olan bir prosesdir. Xüsusilə, gündəlik istifadə zamanı toz, ləkə və mikrobların yığılması ilə yumşaq mebellər tez çirklənə bilər. Bu səbəbdən, peşəkar kimyəvi təmizləmə xidmətləri mebelin təmiz və sağlam qalmasına kömək edir. Yumşaq mebellərin kimyəvi təmizliyi xüsusi avadanlıqlar və təhlükəsiz təmizləyici maddələrlə həyata keçirilir ki, bu da materialın zərər görməməsini təmin edir.

 

 2. Tozdan Qoruma

- Yumşaq mebellərin altında toz yığılmasının qarşısını almaq üçün onları mütəmadi olaraq qaldırın və altını təmizləyin. Xüsusilə divanlar, divan və kreslolar bu qaydalara uyğun olaraq təmizlənməlidir.

 

 3. Sərtlikdən Qoruma

- Mebel parçalarının üzərinə sərt əşyalar qoymamaq və onları sərt mühitlərdə istifadə etməmək məsləhətdir. Ağır əşyaları birbaşa mebelin üzərinə qoymaqdan çəkinin, çünki bu, mebellər zərər görə bilər.

 

 4. Suyun Təsirindən Qoruma

- Yumşaq mebellər su ilə təmasda olmamalıdır, çünki bu, materialın zədələnməsinə və ya ləkələnməsinə səbəb ola bilər.

 

 5. Günəş İşığından Qoruma

- Mebel parçalarını birbaşa günəş işığından uzaq saxlayın. Uzun müddət günəş işığına məruz qalmaq, materialların rəngini solmasına və keyfiyyətinin azalmasına səbəb ola bilər.

 

 6. Mövqe Dəyişiklikləri

- Divanlar mebellər istəyə uyğun olaraq tez-tez yerləri dəyişdirilə bilən modellərə sahib olur. Mebelin mövqeyini zaman-zaman dəyişdirmək, əyilmə və deformasiya riskini azaltmağa kömək edir.

 

 7. Uşaqlar və Ev Heyvanları

- Uşaqlar və ev heyvanları ilə diqqətli olun. Onların mebeli zədələməməsi üçün müvafiq qoruyucu örtüklərdən istifadə etmək məsləhətdir.

 

Bu qaydalara riayət etməklə, yumşaq mebellərinizin ömrünü uzada və onların estetik görünüşünü uzun müddət qoruya bilərsiniz.

Faydalı Linklər

>